Qazaxıstan olaylarının növbəti ünvanı hansı ölkədir? – MÜLAHİZƏ

Hazırda oxunan: Qazaxıstan olaylarının növbəti ünvanı hansı ölkədir? – MÜLAHİZƏ

55019

Qazaxstan olayları zamanın axarında öz konturlarına biruzə verməyə başlayıb. İndi vaxt keçdikcə əsil mahiyyət üzə çıxmağa başlayır.

Bizim.Media-nın oxucularını düşündürən bir neçə sualı politoloq, millət vəkili Elman Nəsirliyə ünvanladıq:

- Qazaxıstan olaylarının böyüməsində Rusiyanın rolunun olması da iddialar arasında idi. Əgər, KTMT qoşunları bu qədər qısa müddətdə ölkəni tərk edəcəkdilərsə, Kremlin məqsədi nədən ibarət idi?
 

MÖVZU İLƏ BAĞLI:

Qazaxlardan erməni əsgərlərinin ölkəyə gəlməsinə etiraz - VİDEO


“Düşünürəm ki, Rusiya ilk növbədə təşkilatın gücünü, potensialını ortaya qoymaq istəyir. Bu, eyni zamanda Mərkəzi Asiya regionunda analoji addım atmaq istəyən tərəflərə də bir mesajdır. Məsələn, bəzən KİV-lərdə (xüsusilə də Rusiya mətbuatında) belə bir fikir yayılır ki, analoji olayların Özbəkistanda, Qırğızıstanda, Tacikistanda da baş verməsi mümkün ola bilər. Yəni KTMT-ə daxil olan digər ölkələrdə də oxşar hadisələrin baş verməsinin mümkünlüyündən bəhs olunur”.

- Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin yanvarın 11-də verdiyi “KTMT sülhməramlılarının 2 gündən sonra ölkədən çıxarılmasına başlanılacaq”, açıqlaması belə çıxır ki, heç bir qüvvəyə malik deyil və... 

“Və Rusiya bununla onu demək istəyir ki, belə cəhdlər mənasızdır. Hər şeyin vaxtı və məqamı vahid mərkəzdən müəyyən edilir. Eyni zamanda əgər kimlərsə belə niyyəti KTMT-ə üzv olan digər ölkələrdə də reallaşdırmaq niyyəti güdərlərsə, hərbi-siyasi təşkilatın adekvat reaksiyası ilə üz-üzə qalacaqlar. Yəni Qazaxıstanda baş verən hadisələr və təşkilatın müdaxiləsi, KTMT-ə üzv olan digər ölkələrdə də baş verə bilər”.

Murad Əhmədov, Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin