Xarici İşlər Nazirliyi: "Sərhəddəki vəziyyətə görə Ermənistan məsuliyyət daşıyır"

Hazırda oxunan: Xarici İşlər Nazirliyi: "Sərhəddəki vəziyyətə görə Ermənistan məsuliyyət daşıyır"

54887

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın Kəlbəcər istiqamətində növbəti təxribatı barədə məlumat yayıb.

XİN-dən Bizim.Media-ya daxil olan məlumatda deyilir:

"Azərbaycan Müdafiə Nazirliyinin məlumat verdiyi kimi, 11 yanvar 2022-ci il tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz, əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.
 

MÖVZU İLƏ BAĞLI:

Kəlbəcərdə Azərbaycan Ordusunun əsgəri şəhid oldu 


Ermənistan tərəfinin hərbi təxribatları davam etdirməsini qətiyyətlə pisləyirik.

İki dövlət arasında münasibətlərin normallaşması istiqamətində addımlar atmaq əvəzinə, dövlət sərhədində növbəti qanlı təxribatı törətməklə Ermənistanın hərbi-siyasi rəhbərliyi bölgədə vəziyyətin gərginləşdirilməsinə görə bilavasitə məsuliyyət daşıyır.

Allah Şəhidimizə rəhmət eləsin!"

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin