Türkləri İrəvanda gözləyən TƏHLÜKƏLƏR – Ermənilər hansı PLANI hazırlayıb? 

Hazırda oxunan: Türkləri İrəvanda gözləyən TƏHLÜKƏLƏR – Ermənilər hansı PLANI hazırlayıb? 

54852

Türkiyənin “Pegasus Airlines” aviaşirkətinə İstanbul-İrəvan-İstanbul marşrutu üzrə uçuşların həyata keçirilməsi üçün icazə verilib. 

Belə ki, uzun müddətdir gündəmdə olan İstanbul-İrəvan reysi üzrə uçuşların həyata keçirilməsi üçün artıq heç bir hüquqi maneə mövcud deyil.

Lakin Ermənistandakı məlum “türkofobiya” axınlarını nəzərə aldıqda, İrəvanda türkləri müəyyən təhdidlərin gözlədiyi ehtimallarını da tamamilə istisna etmək doğru olmazdı.
 

MÖVZU İLƏ BAĞLI:

Yanvarın 14-də Moskvada Türkiyə-Ermənistan dialoqu baş tutacaq - Görüşün DETALLARI 


Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən ermənişünas alim Qafar Çaxmaqlı İstanbul-İrəvan aviareysinin açılmasını Türkiyənin diplomatik jesti kimi qiymətləndirib. 

“Rəsmi Ankara bu addımı ona görə atdı ki, Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin normallaşmasına təkan verilsin”, - deyə alim qeyd edib.

Alim fikirlərinin davamında Türkiyə vətəndaşlarının Ermənistanda hər hansı ciddi təhlükələrlə üzləşmə ehtimalının aşağı olduğunu da diqqətə çatdırıb:

“Qeyd edim ki,  İstanbuldan bundan öncə də İrəvana çarter reysləri var idi. Həm Türkiyə vətəndaşları, həm də Ermənistan vətəndaşlarının gediş-gəlişi o qədər də böyük təhlükə doğurmurdu. Düşünürəm ki, bundan sonra da Ermənistan ölkəsinə gələn Türkiyə vətəndaşlarının təhlükəsizliyinin qarantiyası kimi çıxış edəcək. Bu səbəbdən də İrəvan təhlükəsizlik tədbirlərini artıra bilər”. 

Qafar Çaxmaqlı təhlükəsizlik tədbirlərinin artırlmasının normal hal olduğunu da fikirlərinə əlavə edib:

“Azərbaycanın 44 günlük savaşdakı zəfərindən sonra Ermənistanda Türkiyəyə qarşı da müəyyən təpkilərin olduğu heç kimə sirr deyil. Buna görə də, Ermənistan lazımi tədbirləri görəcək. Növbəti mərhələdə sərhədlərin açılması və Ermənistan vətəndaşlarının Türkiyəyə gediş-gəlişi də ciddi təhlükə doğurmur”.

Ermənişünas alim sözügedən məsələyə Moskvada Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşü zamanı aydınlıq gətiriləcəyini də qeyd edib.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin