Türk XİN rəhbərlərinin fövqəladə toplantısı – Qazaxıstanla bağlı SON QƏRAR

Hazırda oxunan: Türk XİN rəhbərlərinin fövqəladə toplantısı – Qazaxıstanla bağlı SON QƏRAR

54833

“Türk dünyası olaraq Qazaxıstanın yanındayıq. Türkiyə olaraq da proseslərin əvvəlindən qazaxıstanlı rəsmilərlə təmasda olmuşuq”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatının (TDT) xarici işlər nazirlərinin fövqəladə toplantısında söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramovdan Qazaxıstanla bağlı AÇIQLAMA


O vurğulayıb ki, Prezident Rəcəb Tayyib Ərdoğan başda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev olmaqla TDT-yə üzv ölkələrin liderləri hadisələri yaxından izləyiblər.

Bu isə o gəzib dolaşan bir sıra şayiələrə cavabdır. Çünki özünə türkçü deyən müəyyən “5-ci kolon” üzvləri KTMT qüvvələrinin Qazaxıstana girməsi ilə Türk Birliyini gülüş obyektinə çevirməyə çalışıb ki, TDT gücsüzdür. Lakin etirazların nisbətən səngidiyi Almatı sakinlərinin əsas diqqətinin bu onlayn toplantıda olması “Baş Slavyan”a TURAN xatırlatması effektindədir.

Digər tərəfdən, dünən matəmə bürünən Qazaxıstan hansı blokda olmalı olduğunu bir daha anlayıb. Ekspertlərin fikrincə, Türkiyənin Qazaxıstan olaylarına birbaşa müdaxilə etməməsi də qazax xalqında “sovet qəlib”inə nifrətı artırmaq məqsədi daşıyır.

Fövqəladə toplantıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da mühüm açıqlamalarla yadda qalıb:

“Təşkilatın üzv və müşahidəçi ölkələrinə münasibətdə öz öhdəliklərini yerinə yetirmək bacarığı və möhkəm qətiyyəti işarəsi kimi qiymətləndiririk. Eynilə, bugünkü növbədənkənar görüşü və qəbul edəcəyimiz birgə bəyanatı Qazaxıstan xalqı və hökuməti ilə açıq-aydın həmrəylik nişanəsi kimi yüksək dəyərləndiririk”.

Bəziləri TDT-ni xüsusi təsir imkanları olmayan formal birlik adlandırır. Lakin təkcə Qazaxıstanla bağlı 1 həftəyə 2 bəyanatın qəbulu təşkilatın aktiv fazaya keçmə anonslarındandır. Bununla yanaşı, Rusiyanın əsas qorxu mənbəyi də Türk Birliyidir. Çünki SSRİ-dən qalma MDB üzvlərinin Rusiya, Moldova, Belarus və Ermənistan istisnası ilə hamısı türkdür:

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, müşahidəçi qismində Türkmənistan

Yəni, Kreml Baltikyanı ölkələr, Ukrayna və Gürcüstanla da itirdiyini itirib. Türkdilli ölkələr kimi neft-qaz və tranzit əhəmiyyətli tərəfdaşları itirmək, onların başqa təşkilat – TDT-də birləşməsini görmək Moskvanın gözünü oyar.

Bu 6 dövlətsiz Rusiyanın Qərblə duelə çıxması mərmisi olmayan silahla nişan almaq kimidir. 

Sonda qeyd edək ki, Türkiyənin təşəbbüsü ilə çağırılan fövqəladə toplantıda Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurası Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin respublikada islahatların aparılması ilə bağlı qərarını dəstəkləyib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin