KTMT Qazaxıstanda sınaqdan keçirildi - Ermənilərin bu qurumda əsas məqsədləri nədir?

Hazırda oxunan: KTMT Qazaxıstanda sınaqdan keçirildi - Ermənilərin bu qurumda əsas məqsədləri nədir?

54787

Ermənistan cəmiyyətində Azərbaycan və türk nifrəti dərin kök salıb. Paşinyanın təzadlı bəyanatlarını da elə bununla izah etmək olar. Politoloq İlqar Vəlizadə düşünür ki, ermənilər bu nifrəti üzə çıxartmaq üçün Xəzərin şərq sahillərindəki, hətta digər materiklərdəki baş verən hadisələrdən də istifadə edirlər.

Yəni, Azərbaycana böhtan yağdırmaq üçün bəzən Qarabağ-Zəngəzur təxribatlarına ehtiyac yoxdur. 

Bizim.Media xəbər verir ki, II Qarabağ müharibəsində xarici muzdlulardan istifadə edən Ermənistan tərəfi Azərbaycanın suriyalı terrorçulardan yararlandığını iddia edirdi. 
 

MÖVZU İLƏ BAĞLI:

KTMT-nin Qazaxıstandakı missiyası başa çatdı - Yanvarın 13-də ölkədən çıxırlar - VİDEO


Daha doğrusu, bu tip böhtan kampaniyası ilə Azərbaycanın Zəfərinə kölgə salmaq istəyən İrəvan Qazaxıstan hadisələri fonunda da eyni addımı atıb. Guya ki, Qarabağda döyüşən suriyalı terrorçular (halbuki belə fakt yoxdur) indi də gedib Almatıda dövlət çevrilişinə cəhd ediblər və Ermənistanın KTMT-yə sədrliyi, qoşun göndərməsi Qazaxıstanı xilas edib.

İlqar Vəlizadənin fikrincə, bu manevrdə siyasi məqsədlər var:

“Ermənistan KTMT-ni Azərbaycana qarşı istifadə etmək üçün təşkilata dəfələrlə müraciət edib. Amma onların əsasları zəif görünüb. Bu tip çıxışlarla sübut etmək istəyirlər ki, vaxtı ilə KTMT-yə müraciətlərinin səbəbləri olub. Çox bəsit bir siyasətdir. Onlar düşünürlər ki, Qazaxıstanda kimsə buna inanacaq”. 

Həm özlərinə xal qazanmaq, həm də türkdilli dövlətlər arasında soyuqluq yaratmaq istəyirlər?

“Bu öz yerində, əsas səbəb KTMT-yə o vaxtkı müraciətlərini əsaslandırmaqdır”.

Bəs KTMT sədrliyi Ermənistana nə verəcək?

“Səhv etmirəmsə, onların Təhlükəsizlik Şurasının sədri bəyan edib ki, Ermənistan sülhməramlı qüvvələrin yaradılmasında ilk təşəbbüskarlardandır. Əlavə edib ki, İrəvan da nə vaxtsa KTMT sülhməramlılarından yararlana bilər. Bu da mesajdır ki, biz sizə “yardım göstəririk”, bəs ermənilərə də kömək lazım olsa siz də bunu etməlisiniz”. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin