Erməni kilsəsinin DİASPOR PLANI – 2022-ci ildə hansı təxribatlar gözlənilir?

Hazırda oxunan: Erməni kilsəsinin DİASPOR PLANI – 2022-ci ildə hansı təxribatlar gözlənilir?

54705

Kilikiyanın Böyük Evinin katolikosu I Aram 2022-ci ili “Diaspor ili” elan edib.

I Aram onu da qeyd edib ki, diasporun yenidən təşkili, yəni onun güclənməsi Ermənistan və Qarabağın güclənməsinə bərabərdir.

Açıqlamada da əks olunduğu kimi, erməni diasporunun son dönəmlərdə əsas fəaliyyəti qismində Qarabağ məsələsinin dirildilməsi cəhdləri diqqət çəkir. Erməni cəmiyyəti və diasporu üzərində ciddi təsir imkanlarına malik olan kilsənin bu cür ideya ilə çıxış etməsi isə, regional sabitliyə zərbə vuracaq planların qurulması şübhələrini daha da artırıb.

Mövzunu Bizim.Media üçün şərh edən politoloq Qabil Hüseynlinin qənaətinə görə, Ermənistan dövlətçiliyinin olmadığı dövrlərdə, bu funkisyanı Erməni kilsəsi yerinə yetirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan kilsəsinə iranlılar rəhbərlik edir – Mollalar və keşişlər arasında GİZLİ SÖVDƏLƏŞMƏLƏR 


“O zamandan bəri, ermənilərin yaddaşında, dini idarələrin, katalikosun mühüm yeri olub”, - deyə Qabil Hüseynli bildirib.

Politoloq erməni diasporunun milliyyətçi ideyaların yayılması üçün rupor rolunu oynamasına da diqqət çəkib:

“Dünya ictimai rəyinin ermənilərin xeyrinə formalaşdırılmasında, hətta ən təcavüzkar niyyətlərin belə populyarlaşmasında və bəzən də ermənilərin “məşəqqətlər çəkmiş”, “əzabkeş” obrazının yaradılmasında diaspor önəmli rol oynayıb. Ermənilərin toxum kimi dünyanın bir sıra yerlərinə yayılması da diasporun oynadığı rolla bağlıdır.

Onlarda diaspor, az qala xarici işlər nazirliyi kimi çıxış edir. Ermənistan dövləti bütün təbliğat, təşviqat fəaliyyətlərini də məhz diasporun vasitəçiliyi ilə dünyaya transfer edir”.


Kilsənin ikili məqsədi 

“Erməni katolikos 2022-ci ili diaspor ili elan etməklə, bütün dünyada Ermənistanla bağlı ideya və fikirlərin yayılmasında, xaricdə yaşayan soydaşlarının gücündən istifadə etməyə çalışır. 
Digər tərəfdən, diaspor Ermənistanın ən önəmli maliyyə qaynağıdır. Ermənistana gələn pullar həm təcavüzkar niyyətlərin reallaşdırılmasında, həm də əhalinin maddi durumunun yaxşılaşdırılmasında önəmli rollardan birini oynayır. Bu pullar Ermənistan büdcəsinin, mühüm bir hissəsini təşkil edir”.

Politoloq kilsənin bu addımın Qarabağ məsələsini yenidən gündəmə gətirmək məqsədlərinə xidmət edə biləcəyini də diqqətə çatdırıb:
 

“Erməni lobbisi Qarabağ məsələsinin həm siyasi gündəmə daşınmasında, həm də onun beynəlxalq təşkilatlarının gündəliyinə salınmasında böyük rol oynayıb.


Sözsüz ki, erməni diasporunun bir funksiyası soydaşlarının cinayətlərinə bəraət qazandırmaqdırsa, digər missiyası Azərbaycan torpaqlarında 2-ci erməni dövlətinin yaradılması üçün müəyyən ictimai-siyasi xətlərin hazırlanmasını təmin etməkdən ibarətdir. Bu səbəbdən də diaspor ilinin elan olunması, müxtəlif fəsadlarla, qondarma yalanlarla, həm Türkiyə, həm də Azərbaycan əlehinə müxtəlif uydurma şaiyələrin yayılması ilə müşayət olunacaq”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin