ABŞ Çinə qarşı savaşda Qazaxıstanı poliqona çevirdi – Tofiq Züfüqarovdan DETALLAR

Hazırda oxunan: ABŞ Çinə qarşı savaşda Qazaxıstanı poliqona çevirdi – Tofiq Züfüqarovdan DETALLAR

54643

Dünyanın siyasi arenasında maraqlı proseslər gedir və eks xarici işlər naziri Tofiq Zülfüqarovun bu istiqamətdə qısa şərhi var:

“Trampdan sonra Baydenin ABŞ-a rəhbərlik etməsindən bir il keçib. Görürük ki, ABŞ-ın dünyadakı əsas rəqibi Çindir. Hələki Çinə qarşı iqtisadi səviyyədə qarşıdurma var, bunun hərbi müstəviyə keçməsi də istisna olunmur.

Belə ki, Avstraliya, Böyük Britaniya və ABŞ Sakit okeanı üzrə yeni hərbi əməkdaşlığa start veriblər. Bu qarşıdurmada isə həm Çin, həm də ABŞ Rusiyanın mövqeyinə maraq göstərir. Çünki Rusiya iqtisadi baxımdan zəif olsa da, hərbi gücü var (nüvə silahlarına görə 2-ci yerdədir)”. 
 

MÖVZU İLƏ BAĞLI:

Qazaxıstandan rəsmi açıqlama: “Biz "dinc etirazçılar”la deyil, terrorçularla qarşı-qarşıyayıq”


Coğrafi təsir imkanları da genişdir. Hər halda ərazisinə görə dünyanın ən böyük ölkəsidir.

Bizim.Media ilə eksklüziv dialoqda Tofiq Zülfüqarov qeyd edib ki, coğrafi ərazidən də başqa amillər çoxdur. Sadəcə, Rusiyanın hansı pozitsiyada olması maraqlıdır. 

Moskva Pekinin, yoxsa Vaşinqtonun tərəfində olacaq? Hər halda neytral qalmaq seçimi də var:
 

“Vacib mövzudur və indi Cenevrədə başlayan danışıqlar, strateji təhlükəsizliyin müzakirəsi və müəyyən sənədlərin qəbulu ilə bağlı (sərhədə hansı məsafədən yaxın raket qurğularının yerləşdirilməməsi ilə bağlı) Rusiyanın tələbi var.


Bu, bir növ alverdir. Rusiya ABŞ-la tərəfdaşlıq əvəzində bu kimi şərtlərə nail olmağa cəhd edir. Qazaxıstandakı olaylar da, məhz bu proseslə birmənalı bağlıdır. İndi kimsə deyir ki, sülhməramlılar gəlib və s. Birincisi, Qazaxıstan ərazisində Rusiya hərbçiləri bundan əvvəl də olub. Baykanur və digər ərazilərdə. Onların Qazaxıstana təsir gücü isə, bəlkə də Belarusdan sonra ikincidir. Ona görə də hadisələrin ssenarisi başqa məqsədlər güdür”. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin