Zakir Həsənovdan türkiyəli həmkarına: “Sizin acınız bizim də acımızdır”

Hazırda oxunan: Zakir Həsənovdan türkiyəli həmkarına: “Sizin acınız bizim də acımızdır”

54488

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Müdafiə Nazirliyinin Mətbuat xidməti yayıb.

Başsağlığında deyilir: "Şanlıurfanın Akçakale bölgəsində xaincəsinə edilmiş terror hücumu nəticəsində, şanlı türk ordusunun 3 hərbi qulluqçusunun şəhid olması xəbəri məni dərindən kədərləndirdi. Sizin acınız bizim də acımızdır.

Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və Sizi var gücümüzlə dəstəkləyirik.

Şəhid olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin