Politoloq Fərhad Məmmədov Qazaxıstanda gedən proseslərdə Türk Dövlətləri Təşkilatının (TDT) rolu haqqında fikirlərini bölüşüb.
Bizim.Media xəbər verir ki, politoloq özünün sosial şəbəkə hesabından yazdığı statusda ilk öncə Qazaxıstandakı situasiyanın Türk Dövlətləri Təşkilatı səviyyəsində müzakirə olunacağına diqqət çəkib:
"Yanvarın 11-də TDT-nin xarici işlər nazirləri videokonfrans vasitəsilə Qazaxıstandakı vəziyyəti müzakirə edəcəklər. Nəzərinizə çatdırım ki, hazırda baş katib Qazaxıstanın nümayəndəsidir. TDT iqtisadi və humanitar inteqrasiya təşkilatıdır və müvafiq olaraq Qazaxıstana dəstəyi də bu kontekstdə ola bilər. İnsan faktoru TDT üçün çox vacibdir və bunun strateji əhəmiyyəti var. İstənilən hökumət ictimai rəylə hesablaşmalıdır və Qazaxıstanda bu fikir türk dövlətlərinə münasibətdə müsbətdir. Bu səbəbdən də, gələcək hökuməti seçəcək və prioritetləri formalaşdıracaq qazax xalqı ilə həmrəyliyin nümayişi vacibdir".
Həmçinin, politoloq Qazaxıstanın təşkilatın önəmli üzvü olduğunu da qeyd edib:
"TDT daxilindəki layihələr əsasən Qazaxıstanla bağlıdır və bütün layihələr bərabərlik və qarşılıqlı fayda şəraitində həyata keçirilir. Özbəkistanın da TDT-yə qoşulması mühüm hadisə idi və təşkilata dinamika gətirdi".
Sonda isə politoloq TDT-nin regional önəmi və Qazaxıstandakı olayların təşkilat üçün problem ola biləcəyini də vurğulayıb:
"TDT hansısa geosiyasi güc mərkəzinin layihəsi deyil, onun xarici sponsoru yoxdur və bu, müstəqil dövlətləri cəlb edir. TDT qlobal oyunçuların məsuliyyətsiz davranışlarına reaksiyadır. Bu zaman isə region dövlətləri öz bölgələri üçün öz razılaşdırılmış gündəmlərini ortaya atırlar.
Əgər əvvəllər kiçik dövlətlər alternativ olaraq qlobal qüvvələr arasında seçim etməli idilərsə, TDT ölkələrin öz alternativinin formalaşmasına şərait yaradır. Bu, “sahibsiz əraziləri” müzakirə etməyə hazırlaşan daha böyük və güclü qonşuları qəzəbləndirə bilər, lakin burada ərazilərin sahibləri var və bu qonşulara problem yaratmadan necə hərəkət edəcəklərinə özlərinin qərar verməsinə imkan verir. Və bu, heç vaxt istifadə edilməyəcək nüvə silahı sahiblərinin qorxusundan deyil, sadəcə bu cür proseslərə qarışmamaq üçündür. Qazaxıstandakı hadisələr də TDT üçün problemdir. Təşkilatın gələcəyi həm də TDT ölkələrinin bu çağırışa nə dərəcədə cavab verə biləcəyindən asılıdır. Qazaxıstan dövləti və qazax xalqı türk dövlətlərinin dəstəyini görməli və hiss etməlidir".
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:27 / 08.01.2022
Türk Dövlətləri Təşkilatının 11 yanvar görüşü Qazaxıstan olaylarına necə təsir göstərəcək? - Fərhad Məmmədovun ŞƏRHİ
Hazırda oxunan: Türk Dövlətləri Təşkilatının 11 yanvar görüşü Qazaxıstan olaylarına necə təsir göstərəcək? - Fərhad Məmmədovun ŞƏRHİ
Hazırda oxunan: Türk Dövlətləri Təşkilatının 11 yanvar görüşü Qazaxıstan olaylarına necə təsir göstərəcək? - Fərhad Məmmədovun ŞƏRHİ
54440
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.