Ceyhun Bayramov Koreyanın yeni səfiri ilə bəzi məsələləri müzakirə etdi - DETALLAR - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov Koreyanın yeni səfiri ilə bəzi məsələləri müzakirə etdi - DETALLAR - FOTO

54401

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Koreya Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Li Eun-Yong ilə bölgədəki vəziyyəti müzakirə edib. 

Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. 

Bildirilib ki, nazir Koreya Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Li Eun-Yongun etimadnaməsinin surətini qəbul edib. 

O, səfir Li Eun-Yongu təyinatı münasibətilə təbrik edərək, ona fəaliyyətində uğurlar arzulayıb. Nazir Azərbaycan və Koreya arasında mövcud olan ikitərəfli münasibətlərin uğurlu inkişafını, həmçinin iki ölkə arasında bir çox sahələrdə geniş əməkdaşlıq imkanlarının mövcud olduğunu bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov Azərbaycanı TDT-nin Qazaxıstanla bağlı iclasında TƏMSİL EDƏCƏK


Azərbaycan XİN başçısı iqtisadi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib və bu xüsusda, Azərbaycan və Koreya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyətini vurğulayıb.

Səfir Li Eun-Yong öz növbəsində qəbula görə C.Bayramova təşəkkürünü ifadə edərək, Azərbaycana təyin olunması ilə bağlı məmnunluq hissi keçirdiyini bildirib. Səfir iki ölkə arasında əlaqələrin uğurlu inkişafını qeyd edib, Azərbaycan və Koreya arasında siyasi, iqtisadi, təhsil və digər sahələrində əməkdaşlıq münasibətlərinin inkişaf perspektivlərinə toxunub. 

Tərəflər Azərbaycan və Koreya arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Eyni zamanda, azad edilmiş ərazilərdə bərpa və yenidən quruculuq işlərinə Koreya şirkətlərinin cəlb edilməsi məsələləri müzakirə edilib.

Görüşdə habelə digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin