Türk Dövlətləri Qazaxstanla bağlı TOPLAŞIR – 11 yanvarda hansı QƏRAR veriləcək? 

Hazırda oxunan: Türk Dövlətləri Qazaxstanla bağlı TOPLAŞIR – 11 yanvarda hansı QƏRAR veriləcək? 

54368

Yanvarın 11-nə Türk Dövlətləri Təşkilatının fövqəladə toplntısı nəzərdə tutulub. Tədbir videokonfrans formatında keçiriləcək. Bu dəfəki görüşün müzakirə mövzusu və qərarları daha çox diqqət mərkəzindədir. Çünki TDT-yə üzv ölkələrdən biri Qazaxıstanda vəziyyət gərgin olaraq qalmaqdadır. Elə toplantının əsas müzakirə predmeti də Qazaxıstandır. 

"Yanvarın 11-dəki toplantı Qazaxıstana yalnız siyasi dəstək kimi ifadə oluna bilər", - sözləri ilə şərhinə başlayan siyasi ekspert Məhəmməd Əsədullazadə bəyanatın olacağını da əlavə edib.

Bizim.Media-ya danışan politoloq artıq Türkiyənin Qazaxıstan mövzusunda Rusiya ilə müzakirələr apardığını da deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Qazaxıstan olayları ilə bağlı Türk Dövlətləri Təşkilatı dövriyyəyə girməlidir”– Qulamhüseyn Əlibəyli


Qırğızıstan da sırf KTMT çərçivəsində Qazaxıstana əsgər yollayıb:

"TDT hələki əlində siyasi təzyiq "rıçaq"ları yoxdur. Bəyanatdan o tərəfə keçə bilməyəcəklər. Yalnız Türkiyə sabitləşdirici faktor kimi Rusiya ilə danışıqlar aparar. Qazax xalqı da prosesdə Türkiyənin aktiv siyasətini dəstəkləyə bilər. Ankaranın TDT-ni gücləndirməklə əsas moderator kimi müəyyən siyasi gücə nail olmasına isə vaxt lazımdır. Yəni bu, vaxt aparan prosesdir. Yanvarın 11-dəki toplantı bəyanatla yanaşı, beynəlxalq arenaya da mesajdır ki, Qazaxıstanı dəstəkləyən TDT var".

Siyasi ekspertin sözlərindən anlaşıldığı kimi, Qazaxıstanda dominant güc sahibi elə KTMT olaraq qalacaq. Amma TDT toplantısında sürpriz qərarları istisna etməyən politoloqlar da var. Gözləyək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin