“İlham Əliyevin Medvedevə etiraz məktubu həm də XƏBƏRDARLIQDIR” – Sahib Alıyevin ŞƏRHİ 

Hazırda oxunan: “İlham Əliyevin Medvedevə etiraz məktubu həm də XƏBƏRDARLIQDIR” – Sahib Alıyevin ŞƏRHİ 

54361

"Prezient İlham Əliyev  “Vahid Rusiya” Partiyasının sədri Dmitri Medvedevə etiraz məktubu göndərib. Niyə göndərib və bu nə deməkdir, ona aydınlq gətirməmişdən öncə xatırladım ki, Rusiya Dövlət Dumasının Vitali  Milonov deyilən və hakim  partiyadan olan məhdud siyasi məsuliyyətli bir üzvü var.

O, Azərbaycanla Türkiyəyə yanaşmada düşməncəsinə davranışı, təhqiredici ifadələri və Xankəndinə qanunsuz səfərləriylə tanınır".  

Bizim.Media xəbər verir ki, bu fikirlərdən sonra millət vəkili Sahib Alıyev xatırladıb ki, 1 il öncə Yeni Azərbaycan Partiyasının etiraz məktubu göndərərək Vitali Milonovun xalqımıza qarşı təhqiredici ifadələr işlətməsini, 44 günlük savaş zamanı da, ondan öncə də  Qarabağa gedərək oradakı seperatçı ünsürlərə dəstək verməsini  “Vahid Rusiya”nın rəhbərliyinin  diqqətinə çatdırıb və buna son qoyulmasını istəyib.
 

MÖVZU İLƏ BAĞLI:

“MDB artıq siyasi klub funksiyası daşıyır” – Sahib Alıyev


Amma təəssüf ki, o vaxtdan “Vahid Rusiya”çı Milonovun davranışında heç nə dəyişməyib:

"O, yenə  Xankəndinə qanunsuz səfər etdi və  ötən il dekabrın 28-də bununla  bağlı mən də burada fikirlərimi bölüşmüşdüm. İndi isə artıq görürük ki, Prezient İlham Əliyev özü “Vahid Rusiya” Partiyasının sədri Dmitri Medvedevə məktub yazaraq Milonovun hərəkətlərinə qəti etirazını bildirir. Bu isə artıq o deməkdir ki, sadəcə Milonovun hərəkəti yox, təmsilçisi olduğu partiyanın onun hərəkətlərini görməzdən gəlməsi də rəsmi Bakıda açıqlanmaması mümkünsüz sayılan narazılıq yaradıb. 

Və bu məktub bir xəbərdarlıqdır ki, Azərbaycan torpağında işğalçılara, seperatçı-terrorçu ünsürlərə yer olmadığı kimi, onlara dəstək verənlərə də yer yoxdur, olmayacaq! Kim olur olsun, onun təmsilçisinin bizim torpaqlarımız üzərində suverenliyimizə xələl gətirəcək hərəkətlərini Azərbaycan nəinki görməzdən gələcək, həm də qətiyyətlə qarşısını alacaq. Necə alacaq, bu artıq texniki məsələdir. 

Maraqlı geosiyasi gedişlərin baş verdiyi bir dövrdə yazılan və yazıldığı açıqlanan bu məktub həm də o deməkdir ki, Azərbaycan səmimi dostluğa, qarşılıqlı faydaya dayanan əməkdaşlığa açıqdır, kiminsə öz üzərində hegemonluğuna, ayıcasına və ağacasına davranışa isə əsla yox!"

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin