POLİTOLOQ: ''Türkiyə S-400 tipli raketlərin istehsalına başlayacaq''

Hazırda oxunan: POLİTOLOQ: ''Türkiyə S-400 tipli raketlərin istehsalına başlayacaq''

5436

Rusiya ilə S-400 sazişində iştirak edən türklərin ABŞ-a giriş-çıxışı qadağan olunub. Həmin insanlar Birləşmiş Ştatlarda maddi vəsaitlərindən də istifadə edə bilməyəcəklər.

Türkiyə bir ildən çoxdur ki, Rusiyadan S-400 alıb deyən politoloq Ramiyə Məmmədova Ankara-Vaşinqton problemlərinin də həmin vaxtdan başladığını bildirdi. ABŞ-ın Türkiyəyə qarşı sanksiyası barədə Bizim.Media-ya danışan politoloq qeyd etdi ki, sanksiyanı Trampın imzalaması Türkiyə üçün avontajlıdır:

"Çünki Bayden və Trampın siyasəti yerlə göy qədər fərqlidir. Əgər Bayden Türkiyəyə qarşı sanksiya tətbiq etsəydi, həmin sanksiyalar daha geniş və mürəkkəb olacaqdı. Açığı Türkiyənin Rusiya ilə münasibəti bir az başı bəlalıdır. Türkiyənin 2000-ci ildən sonra öz gücünə qovuşması və dünyanın geosiyasi oyununda yer tutması, sərbəst siyasət yürütməsi nə vaxtsa Ankaranın havadarı olan ABŞ kimi dövləti qıcıqlandırır. Buna görə də ABŞ Türkiyənin nəzarətdən çıxmaması üçün bu cür həmlələr edir.

Politoloq Ramiyə Məmmədova vurğuladı ki, mövcud vəziyyətin Türkiyə üçün faydası da var.

Çünki sanksiya nə qədər çox olsa, Türkiyənin özü özlüyündə bir o qədər inkişafı start götürür. Türkiyə öz istehsalatını artırır. Tarixdə də belə şeylər olub və nəyə embarqo qoyublarsa, həmin sursatı qardaş ölkənin özü istehsal etməyə başlayıb. Elə hazırda Türkiyədə müzakirə olunan əsas məsələlərdən biri də müdafiə sənayesinin gücləndirilməsidir. S-400 tipli sistemlər də Türkiyədə istehsal olunacaq''.

Sanksiya barədə məlumat verən politoloq, bunun təkcə hərbi texnika alışına qadağa ilə məhdudlaşmadığını dedi.

"Bu eyni zamanda, Rusiya ilə S-400 sazişində iştirak edən hər kəsin mal-dövlətinə sanksiyadır. Onlar ABŞ-da öz imkanlarından istifadə edə bilməyəcək və Birləşmiş Ştatlara giriş-çıxışları qadağandır. Yəni bu sanksiya Türkiyə üçün böyük problemlərə yol açmır.

Sanksiya Türkiyə daxilindəki problemləri də üzə çıxardır, partiyalararası fikir ayrılığı və bəzi etirazları nümunə göstərmək olar" deyən Ramiyə Məmmədova  Ağ Evin Türkiyə sanksiyasının güclü iqtisadi təsirlərinin olmadığını əlavə etdi. Çünki heç ABŞ dollarının məzənnəsi də türk lirəsinə nisbətdə  qalxmadı.

Anar Rəhimov, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin