KTMT-nin Qazaxıstana müdaxiləsi İŞĞALDIRMI? – Ekspert hadisəni NONSES adlandırdı  

Hazırda oxunan: KTMT-nin Qazaxıstana müdaxiləsi İŞĞALDIRMI? – Ekspert hadisəni NONSES adlandırdı  

54292

“Qazaxıstan hakimiyyəti özü Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edərək kömək istəyib. Hökümətin başqa çıxış yolu olmadığı üçün məcburiyyət qarşısında bu addımı atmalı idi. Ermənistan KTMT-nin üzvü olduğu üçün bu qoşunlarda təchiz olunmalı idi. Onlar da hardansa 70 nəfər əsgər tapıb, məcburyyət qarşısında ora yollayıb”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında politoloq İlqar Vəlizadə Qazaxıstanda baş verən son hadisələri şərh edərkən bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident Adminstrasiyasının rəhbərindən Almatıda baş verənlərə ŞƏRH – VİDEO


Siyasi analitik “KTMT-nın Qazaxıstana gəlişi işğaldır, yoxsa kömək?” kimi səslənən ifadələr haqqında fikirlərini də Bizim.Media ilə bölüşüb.

İ.Vəlizadə bir daha oxucuların nəzərinə çatdırıb ki, Qazaxıstan özü də bu təşkilatın üzvü olduğu üçün öz iradəsi ilə həll edə bilmədiyi məsələlər barədə KTMT-yə müraciət edib.

“Bu isə bir mənalı olaraq işğal kimi qiymətləndirilə bilməz. Bu məntiqsiz bir yanaşmadır, nonsesdir. Əgər bu qazaxıstan dövlətinin xahişi ilə olmasaydı, bəlkə də burada hansısa məcburiyyətin olmasını demək olardı. Ancaq burada Qazaxıstanın rəsmi xahişi olub. Yəni hakimiyyət öz qüvvələri ilə ixtişaşları sakitləşdirməyi bacarmadı və quruma müraciət etdi. Əlbəttə bu onlar üçün xoş deyildi, bu qərar çətin verildi, lakin bundan başqa yol yox idi”.
 

İlqar Vəlizadə ölkədə baş verən ixtişaşlar zamanı öz dövlətlərinə ziyan verən qüvvələrin hərəkətlərini də pisləyib.


O, bildirib ki, vətənində bu cür qarətçilik etmək insanlıqdan uzaq bir hərəkətdir. 

“Bankları, strateji obyektləri, hava limanını yandırmaq nədir? Axı, niyə 1 milyon əhalinin yaşadığı şəhərdə qida çatmasın? Bundan başqa zorlama hadisələri baş verib? Yəni etiraz aksiyalarının bununla nə əlaqəsi var axı? Burada çox dərin təfərrüatlar var. Ancaq hazırda Qazaxıstanın yaşadığı vəziyyət çox acınacaqlı və təssüfedici bir haldır”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin