“KTMT-nin hərbi müdaxiləsi daxili işə qarışmaqdır” – Çingiz Qənizadə

Hazırda oxunan: “KTMT-nin hərbi müdaxiləsi daxili işə qarışmaqdır” – Çingiz Qənizadə

54158

“Hadisələrə KTMT-nin hərbi müdaxiləsi başa düşülən deyil, daxili işə qarışmaq kimi dəyərləndirilməlidir. Çünki Qazaxıstana hansısa qonşu dövlətdən hərbi təcavüz yox idi”. 

Bu fikirləri Bizim.Media-ya verdiyi müsahibəsində Demokratiya və İnsan Hüquqları komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib.

Belə ki, Qazaxıstanda baş verən prosesləri, eyni zamanda KTMT qüvvələrinin sülhməramlı qismində ölkəyə gəlişini şərh edən hüquq müdafiəçisi Qazaxıstanda baş verən hadisələri ürək ağrısı ilə izlədiyini qeyd edib. “Ona görə ki, türk qardaşlarımızın müstəqil dövlətində belə hadisə baş verir”, - deyə müsahibimiz bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Fransalıların Qarabağa gəlişinin qarşısı Laçında alınmalıdır - Çingiz Qənizadə


Onun sözlərinə görə, iqtisadi məsələlərlə bağlı qalxan etirazların başqa məcraya yönəldilməsinə diqqət çəkib:

"Yanğın, basqın, silah ələ keçirmə və s. bunların hamısı arzuolunmaz haldır. Etirazı dinc formada meydanlarda da səsləndirmək olardı. Təbii ki, bu məsələdə etirazçıların və dövlətin məsuliyyəti var. Amma biz burada məsuliyyət axtarışında deyilik. Bizim gördüyümüz budur ki, bu məsələdə qalib tərəf yoxdur. Çünki meydana çıxanlarda, onlara qarşı dirənən polislər də bir xalqın övladlarıdır. Bu da yəqin ki, Qazaxıstan tarixində qara hərflərlə həkk olunacaq”. 

Çingiz Qənizadə baş verənlərə rəğmən KTMT qüvvələrinin Qazaxıstana gəlişini də doğru hesab etməyib:

“Amma bunların hamısı Qazaxıstanın daxili problemləridir. Hadisələrə KTMT-nin  hərbi müdaxiləsi  başa düşülən deyil, daxili işə qarışmaq kimi dəyərləndirilməlidir. Çünki Qazaxıstana hansısa qonşu dövlətdən hərbi təcavüz yox idi”. 

Demokratiya və İnsan Hüquqları komitəsinin sədri Qazaxıstanda sabitliyin tezliklə bərqərar olacağına ümid etdiyini də sözlərinə əlavə edib:

“Ümid edirəm ki, Qazaxıstandakı hadisələr tezliklə sakitləşəcək, məsələlərə aydınlıq gətiriləcək. Artıq kadr dəyişiklikləri var, hökumət istefa verib. Qiymət artımı ilə bağlı yaranan məsələlərə baxmaq üçün komissiya yaradılıb və qiymətlər endirilib. Ümidvaram ki, bu kimi addımlar etirazçıları qane edəcək". 

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin