Qüdsi Osmanov: "Qazaxıstanla bağlı mənim adımdan yayımlanan şərh təxribatdır"

Hazırda oxunan: Qüdsi Osmanov: "Qazaxıstanla bağlı mənim adımdan yayımlanan şərh təxribatdır"

53990

Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov Rusiya mediasında onun adından yayılan bəyanatla bağlı açıqlama verib.

Bizim.Media xəbər verir ki, səfir sosial media hesabında bunları yazıb:

“«Раньше всех. Ну почти» telegram kanalında mənim adımdan Qazaxıstanla bağlı yayımlanan şərh təxribatdır və bunun arxasında kimin və nə məqsəd güdməsi mənə hələ aydın deyil. Bu şərhə mənim heç bir aidiyyətim yoxdur!”. 
 

MÖVZU İLƏ BAĞLI:

Qazaxıstanda etirazçılar KTMT-dən çıxmağı tələb etdilər: "Rusiya ilə əlaqələr kəsilsin"


Qeyd edək ki, “RİA Novosti” agentliyi Namik Əliyev kimi təqdim etdiyi səfirin adından “Qazaxıstanda etiraz aksiyaları kənardan idarə olunur, bəzi kadrlarda iğtişaşların təşkilatçıları da görünür” deyə açıqlama yaymışdı.

N.Əliyev 2016-cı ilədək səfir vəzifəsini icra edib və hazırda təqaüdə çıxıb. Həmin ildən Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin