44 günlük savaşdan sonra ən çox azad olunan Hadrutun (Ağoğlan) adının dəyişdirilməsi ilə bağlı müzakirələr aparılıb. Amma bəzi tarixçilərin, ziyalıların fikrincə, ad dəyişdirilməsi başqa toponimlər də məruz qala bilər.
Mövzuyla bağlı sualı ziyalı, siyasətçi və politoloq Zərdüşt Əlizadəyə ünvanladıq.
O isə sualımıza sualla cavab verdi:
“Sizcə adların dəyişdirilməsi o qədər mühüm məsələdir ki, xalq oturub onu müzakirə etməlidir?”
Bizim.Media olaraq Zərdüşt Əlizadənin cavabının digər hissəsinə keçməzdən öncə bildirək ki, coğrafi adlar önəmli məsələ olmasaydı, ermənilər hələ də Şuşaya “Şuşi”, Xocavəndə Martuni, Ağdərəyə Martakert, Xocalıya İvanyan və s. deməzdilər.
Zərdüşt Əlizadə fikrinə belə əsas gətirməyə çalışıb ki, Bakıda da çox küçə adı dəyişib, tarixə aid müxtəlif hadisələr silinib, yaxud əlavə olunub. Elə Ermənistanın özündə də türk mənşəli adlar təhrif olunub:
“Ermənistanın vəziyyəti buna görə dəyişdi? Ermənilərin rifahı yüksəldi?”
Politoloqun fikrincə, tarixi toponimlərin mühafizəsi ciddi məsələ deyil:
“Hələ deyirlər ki, “dilimizin adı türk dili olmalıdır”. Sabah türk dili oldu, dövlətin, xalqın vəziyyəti yaxşılaşacaq? Şüur səviyyəsi dəyişəcək? Bunların hamısı boş şeylərdir. Mənə belə suallar veriləndə, sözün düzü, əsəbləşirəm. Mənasız söhbətlərlə camaatın başını qatırlar”.
Zərdüşt Əlizadə bildirib ki, Qarabağda adların dəyişdirilməsi yox, əsas odur ki, abadlıq və yenidənqurma işləri aparılsın. Minalardan təmizləmə, Qarabağa investisiya cəlb olunmasına nail olmaq da daha vacib məsələlərdəndir:
“Abadlaşmaya ayrılan pulların bir hissəsi məcburi köçkünlərə verilsin ki, onlar öz yurdlarına qayıtsınlar və ev tikib, iş qursunlar. Yoxsa oturub burada gözləyirlər ki, “hökumət nə vaxt tikəcək, biz də onda gedəcəyik”. Vətənləridir, qoy özləri qayıtsınlar da. Yəni bu, daha vacib məsələdir, nəinki adların dəyişdirilməsi”.
Hazırda Rusiya XİN, sülhməramlıların məsuliyyət zonasındakı separatçı rejim də Xankəndini “Stepanakert, Xocavəndi Martuni adlandırırlar. Biz məhz, coğrafi haqq kimi, tarixi ədalətin də bərqərar olmasına görə toponimlər məsələsini qabartdıq.
“Rusiya XİN-in mövqeyi məni maraqlandırmalıdır? Fikir verin də, Valeri Pekres Xankəndinə gəldi – “xan dostu amandır, qoyma gəldi, didarı yamandır, qoyma gəldi”. Pekres gəldi-getdi. Canı cəhənnəmə. Kimdiye Pekres? Lap götürək sabah Fransanın prezidenti oldu. Makron ermənilər bir patron verdi? Vermədi. Bu meydanda qüvvələr nisbəti dəyişmir”.
Gündəmə aid digər problemlərdən də bəhs edən Zərdüşt Əlizadə sonda bir daha bildirib ki, Qarabağda coğrafi adıların dəyişdirilməsi bugün üçün vacib mövzu deyil.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:00 / 02.01.2022
Bizim.Media-nın sualı Zərdüşt Əlizadəni niyə əsəbiləşdirdi? - TƏFƏRRÜAT
Hazırda oxunan: Bizim.Media-nın sualı Zərdüşt Əlizadəni niyə əsəbiləşdirdi? - TƏFƏRRÜAT
Hazırda oxunan: Bizim.Media-nın sualı Zərdüşt Əlizadəni niyə əsəbiləşdirdi? - TƏFƏRRÜAT
53515
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.