“2022-ci illə bağlı gözləntilərim ondan ibarətdir ki, 2020-ci ildə qazandığımız tarixi zəfər və 2021-ci ildə cənab Prezidentin rəhbərliyi altında əldə etdiyimiz qələbənin möhkəmləndirilməsi, Qarabağda başlamış intensiv və sistemli quruculuq, bərpa işlərinin ilinin davamı olaraq 2022-ci ildə də bu işlərin çox sürətli həyata keçirələcəyinin şahidi olacağıq” deyən millət vəkili Tural Gəncəliyev xatırladıb ki, Qarabağın dirçəldilməsi istiqamətində artıq böyük addımlar atılıb.
Bizim.Media-ya özəl açıqlamasında qısa zaman kəsiyində Zəfər Yolunun çəkildiyini də qeyd edən Tural Gəncəliyev Füzulidə istifadəyə verilən beynəlxalq hava limanına da toxunub.
MÖVZU İLƏ BAĞLI:
“Üçrəngli bayrağımızın Xankəndidə dalğalanmasına az qalıb” - TURAL GƏNCƏLİYEV -VİDEO
Zəngilan və Laçında da aeroportlar tikilməkdədir:
“Bu hava limanlarının da tikintisi sürətli şəkildə davam edəcək. Bundan başqa, Qarabağımızın dirçəldilməsi, iqtisadiyyatının həyata qaytarılması yönündə işlərin davam edəcəyini gözləyirik.
Xankəndi millət vəkili olaraq qarabağlıların, Xankəndi sakinlərinin də tezliklə öz torpaqlarına geri dönməsi istiqamətində işlərin aparılacağına da ümidvaram.
Dədə-baba torpaqlarımızı bərpa edəcəyik. Çünki həyatımızın qalan hissəsini orada keçirəcəyik.
Bax bu baxımdan, 2022-ci ilin Azərbaycan üçün çox uğurlu, müvəffəqiyyətli il olacağına əminəm”.
Bizim.Media