Ermənistanda hələ də əsirlərimiz var

Hazırda oxunan: Ermənistanda hələ də əsirlərimiz var

5339

“Ermənistan tərəfində olan əsirlərimiz barədə dəqiq say demək çətindir. Çünki 44 günlük müharibə dövründə 100- dən artıq hərbi qulluqçumuz itkin düşüb. Onların taleyindən heç bir xəbər yoxdur. Onlar faktiki olaraq əsir və ya şəhid ola bilərlər. Bu səbəbdən onlara potensial əsir kimi də baxa bilərik. Buna görə, siyahı tam dəqiqləşdirilir. Əsir və girovların dəyişdirilməsi hər iki tərəfin siyahıların tam dəqiqləşdirilməsi prinsipilə həyata keçririlir”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib.

Ekspert hər iki tərəfdə siyahıların tam dəqiqləşdirilməsindən sonra prosesin növbəti mərhələsinin baş tutacağını bildirib.

“Növbəti mərhələ üçün adlar tam dəqiqləşdirilir, Azərbaycanda itkin düşənlərin siyahısı məlumdur, Ermənistan tərəfi də əsirlərin siyahısını təsdiqləsə, prosesin növbəti mərhələsi baş tutacaq”.

Ə.Şahidov erməni KİV-də Azərbaycan ərazisində 100 nəfər erməni əsirinin olması barədə yaydığı xəbərə də münasibət bildirib.

“Ermənistan tərəfi teleyindən xəbərləri olmayan hərbi qulluqçularının hər birini əsir və girov kimi siyahıya salırlar və bu səbəbdən açıqlamalarında 100 dən çox girovun Azərbaycan tərəfində olduğunu bildirirlər. Həm də onlar rəqəmləri şişirdərək, bir növ Azərbaycana təzyiq etməyə çalışırlar. Hələ ki, Azərbaycan bu barədə rəsmi açıqlama verməyib”,- deyə o, qeyd edib.

Hüquq müdafiəçisi növbəti mərhələnin nə vaxt baş tutacağı ilə bağlı dəqiq məlumatın olmadığını da deyib. Bildirib ki, Ermənistan bu işə bir az məsuliyyətli yanaşsa,məsələ tezliklə öz həllini tapar.

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin