Rusiya XİN-dən azərbaycanlıların Qarabağa qayıtmasına REAKSİYA

Hazırda oxunan: Rusiya XİN-dən azərbaycanlıların Qarabağa qayıtmasına REAKSİYA

53255

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə rəsmi İrəvanın məcburi köçkünlərin - azərbaycanlıların Qarabağın dağlıq hissəsinə qaytarılması ilə bağlı bəyanatına Ermənistanın baş naziri Nikol Paşinyanın dəstək verməsini, azərbaycanlıların Xankəndidə və digər ərazilərdə yaşamaq hüquqlarına etiraz etməyəcəyini şərh edib.  

Bizim.Media xəbər verir ki, Mariya Zaxarova mövzu ilə bağlı bildirib ki, bu, üç ölkə liderinin imzaladığı 10 noyabr 2020-ci il tarixli bəyanatda öz əksini tapıb.

“Bəyanatın 7-ci bəndindən birbaşa sitat: məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında Dağlıq Qarabağ ərazisinə və ona bitişik rayonlara qayıdırlar”. Buna əlavə ediləcək bir şey yoxdur”, deyə Zaxarova yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin