Hicran Hüseynova məsələni KONKRET qoydu: “Azərbaycan kişiləri maarifləndirilməlidir”

Hazırda oxunan: Hicran Hüseynova məsələni KONKRET qoydu: “Azərbaycan kişiləri maarifləndirilməlidir”

53103

Bir neçə gün öncə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova parlamentin keçirilən iclasında ölkədə gender bərabərliyinin pozulmasını diqqətə çatdırıb.

Sədrin sözlərinə görə, Azərbaycan cins nisbətinə görə dünyada ikinci yerdədir və bioloji norma pozularaq, doğulan uşaqlar arasındakı cins nisbəti 100 qız və 114 oğlana çatıb. 

Qaldırılan məsələ ilə bağlı müzakirələri Bizim.Media millət vəkili Hicran Hüseynova ilə davam etdirib.

- Bioloji normanın pozulmasının qarşısını almaq üçün hansı addımlar atılmalıdır? 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda məişət zorakılığının qurbanı olan qadınların sayı artdı


“Demoqrafik strukturun gender balansının maksimum nisbəti hər 100 qız uşağına 105-107 oğlan uşağı çərçivəsində olmalıdır. Hazırda ölkəmizdə əhalinin gender balansı normal səviyyədən qeyri-normal səviyyəyə, yəni hər 100 qız uşağına 114 oğlan uşağı səviyyəsinə qalxıb.

Uşağın cinsi mənsubiyyətinə görə hamiləliyin süni şəkildə dayandırılması qadınlara və hələ dünyaya gəlməmiş qızlara  qarşı zorakılığın  bir nümunəsidir. Təhlillər göstərir ki, cəmiyyətdə selektiv abortlara şərait yaradan müəyyən mədəni stereotiplər mövcuddur. Adətən, cinsi diskriminasiyanın səbəblərini sosial-mədəni dəyərlərdə axtarırlar.  

Bununla bağlı aparılmış ən son araşdırmalar zamanı əldə edilmiş məlumatlar göstərir ki, bu vəziyyət gələcəkdə əhalinin ümumi və cins strukturu və dinamikası baxımından çox xoşagəlməz nəticələrə gətirib çıxara bilər. Bunlar demoqrafik prosesə mənfi təsir göstərir və fəsadlar yaradır”.

Hicran Hüseynova problemin həllində insanların maarifləndirilməsini və qız uşaqlarına doğru şəkildə dəyər verilməsini əsas şərt hesab edib:

“Burada əsas həll yolu maarifləndirmədir. Həmçinin “Məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”, “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” və “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” gender əsaslı zorakılığın qarşısının alnmasında mübarizənin daha da gücləndirilməsində yeni sahədə mühüm imkanlar yaradacaq.

Burada əsas məsələ qız uşaqların ailədə və cəmiyyətdə dəyərinin artırılmasıdır. Valideynlərə izah olunmalıdır ki, oğlan uşaqlarının instrumental və simvolik dəyəri heç də hər zaman özünü doğrultmur. Burada ən önəmlisi isə, qadınlarla yanaşı, kişilərin maariflənməsi, ataların qız övladına münasibətinin dəyişməsidir”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin