Bu il xarici ölkələrdə Azərbaycanın 2 yeni səfirliyi təsis edilib - RƏSMİ

Hazırda oxunan: Bu il xarici ölkələrdə Azərbaycanın 2 yeni səfirliyi təsis edilib - RƏSMİ

53035

2021-ci ildə Azərbaycan Respublikasının Bosniya və Herseqovinada və Müqəddəs Taxt-Tacda səfirlikləri təsis edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin 2021-ci ilin yekunlarına dair mətbuat buraxılışında bildirilib.

Qeyd edilib ki, cari il ərzində dünya dövlətləri ilə parlamentlərarası əməkdaşlıq davam edib. 

Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının, Türkiyə Böyük Millət Məclisinin, Pakistan İslam Respublikası Milli Assambleyasının və Koreya Respublikası Milli Assambleyasının sədrləri ölkəmizə, Azərbaycan Respublikasının Milli Məclisinin sədri isə ikitərəfli əsaslarda İtaliya, Slovakiya, Macarıstan və İrana, eləcə də beynəlxalq parlamentlərarası təşkilatların iclaslarında iştirak məqsədilə Avstriya, İspaniya, Yunanıstan, Rusiya, Qazaxıstan və Pakistana səfərlər ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin