POLİTOLOQ: ''ABŞ Yaxın Şərqdə Türkiyəsiz heç nə edə bilməz''

Hazırda oxunan: POLİTOLOQ: ''ABŞ Yaxın Şərqdə Türkiyəsiz heç nə edə bilməz''

5302

Vaşinqton Yaxın Şərq diplomatiyasında Türkiyə ilə əməkdaşlığa məcburdur. Çünki Birləşmiş Ştatların regiondakı digər müttəfiqləri Türkiyə qədər faydalı ola bilməz.

“ABŞ-ın Türkiyəyə qarşı sanksiyaları S-400 və Ankara-Moskva əməkdaşlığı ilə bağlıdır” deyən, politoloq Məhəmməd Əsəddulzadə Bizim.Media-ya açıqlamasında vurğuladı ki, 2 mərhələli sanksiyalar Rusiya ilə əmkdaşlığın dayandırılmasına hədəflənib:

“Lakin belə sanksiyalar Türkiyəni müstəqil və regional siyasətindən çəkindirməyəcək. Konqres və Pentaqon tərəfindən Milli Təhlükəsizlik Strategiyası kimi dəyərləndirilən bu məsələ Türkiyənin maraqlarına ziddir. Ağ Ev Ankaranın müstəqil xarici siyasət aparmasından narahatdır və Rusiya ilə bunca yaxınlaşmasını Amerika öz maraqlarına zidd hesab edir''.

''Düşünürəm ki, Trampın hakimiyyətdən gedəcəyi bir ərəfədə bu cür sanksiyalar Türkiyə-ABŞ münasibətlərinə zərbə vurmağa hesablanıb. Konqres və Pentaqonda müəyyən qrupların Türkiyəyə qarşı olması belə ədalətsiz qərarların davam etməsinə gətirib, çıxara bilər”. 

Səbəb kimi Türkiyənin Aralıq dənizi və Yaxın Şərqdə maraqlarını qoruması da göstərilir.

“Türkiyədəki müəyyən şəxslərə də sanksiya tətbiq olunub” deyən politoloq buna rəğmən Ankaranın Ağ Ev ilə münasibətlərə önəm veridiyini qeyd edib. 

“Vaşinqtona verilən isti mesajlardan biri də, Türkiyənin ABŞ-dakı səfirinin yenisi ilə əvəzlənməsi idi. Bu müstəvidə Vaşinqton nə edir? Biz görürük ki, ABŞ PKK-nın bir qolu olan YPQ-yə pulsuz silahlar verir. Vaşinqtonun anti Türkiyə siyasəti indi də qardaş ölkənin HHM sistemlərinə tuşlanıb. Ona qalsa, sanksiyalar ilk növbədə Yunanıstana istiqamətləndirilməli idi''.

''Çünki Afina hələ illər öncə, Rusiyadan S 300 komplekslərini almışdı, amma Yunanıstana sanksiya tətbiq olunmadı. ABŞ bu ikili standarlarla Türkiyəni “Vaşinqton orbiti”ndə saxlamağa çalışır”.

Məhəmməd Əsədullazadə düşünür ki, Ərdoğanın başçılığı ilə Türkiyə çox güclənib və özündə regional oyunçu-beynəlxalq vasitəçi sistemini formalaşdırıb.

“Məncə, Bayden hakimiyətə gələndən sonra Vaşinqton-Ankara münasibətlərində normallaşma müşahidə olunacaq. Bildiyimiz kimi, Baydenin siyasi görüşləri Rusiyaya qarşı olsa da, Yaxın Şəqdə o, Türkiyənin siyasətini dəstəkləyən mövqeyə sahibdir. Ümumiyyətlə, ABŞ Yaxın Şərq siyasətində Türkiyə ilə əməkdaşlığa məcburdur, çünki Bayden də anlayır ki, onların digər regional müttəfiqləri (İsrail, Səudiyyə Ərəbistanı) Ankara qədər faydalı ola bilməz. 

Anar Rəhimov, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin