Səfirlikdən iranlı idmançıların Xankəndidə yarışa qatılmasına MÜNASİBƏT

Hazırda oxunan: Səfirlikdən iranlı idmançıların Xankəndidə yarışa qatılmasına MÜNASİBƏT

52874

İranın Azərbaycandakı səfirliyi iranlı idmançıların Xankəndidə keçirilən yarışa qatılmasına münasibət bildirib.

Bizim.Media xəbər verir ki, açıqlamada MMA-nın (qarışıq döyüş növləri) İranda qadağan olunmuş oyunlar sırasında olduğu diqqətə çatdırılıb.
 

MÖVZU İLƏ BAĞLI:

İrandan Xankəndiyə SAXTA BABALAR gəlib - TƏFƏRRÜAT


“Özünü İran vətəndaşı kimi təqdim edən bir neçə şəxsin 28 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Xankəndi şəhərində döyüş yarışlarında iştirakı ilə bağlı bildirmək istərdik ki, İran İslam Respublikasında MMA (qarışıq döyüş növləri) qeyri-ənənəvi döyüş idmanı zorakılıq səbəbi ilə, həmçinin mərclə əlaqəsi olduğu üçün rəsmən tanınmır və qadağan olunmuş oyunlar sırasındadır”, - açıqlamada deyilir.

Səfirlik bu şəxslərin Xankəndi şəhərində adı keçən qanunsuz yarışlarda iştirakı ilə İran İslam Respublikasının İdman və Gənclər Nazirliyinin siyasəti arasında əlaqənin olmadığını vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin