Fövqəlnazir haqqında proqnoz doğru çıxdı...

Hazırda oxunan: Fövqəlnazir haqqında proqnoz doğru çıxdı...

52822
Bir müddət öncə Moderator.az Əbülfəz Elçibəyin oğlu Ərturqutun hələ də işsiz qalmasıyla bağlı bir material vermişdi.
O zaman Moderator.az Qələndər Muxtarlıya müraciət edərək bu məmləkətdə hansı məmurun Elçibəyin oğluna iş vermək cəsarətində olduğuyla bağlı suala cavab istəyəndə müsahibimiz yalnız Kəmaləddin Heydərovun adını çəkmişdi.(bu linkdən oxyun----moderator.az/?xeber=47604

İndi isə onun proqnozu doğruldu. Ölkə mediasında getmiş bu yazını oxuyanda proqnozun yerinə düşdüyünü görəcəksiniz:

Azərbaycanın görkəmli dövlət xadimi, mərhum lider Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyevə iş tapılıb. Bu barədə "Şərq”ə bəyin qayını Mirmöhsün Mahmudov bildirib. Onun sözlərinə görə, Ə.Əliyev dövlət idarəsində  çalışacaq: "Fövqəladə Hallar Nazirliyinə işə düzəlib. Hələlik həmin qurumda kurs keçir. 3 aylıq kursdan sonra rəsmən işlə təmin olunacaq”.

Məlumat üçün bildirək ki, bu ilin iyunun 24-də bəyin anadan olmasının 76-cı ildönümündə qayını M.Mahmudov onun oğlu Ərturqut Əliyevin işlə təminatı barədə imkanlı şəxslərə və dövlət məmurlarına müraciət etmişdi. "Ərturqutun dayısı kimi xahiş edirəm. Kimin imkanı varsa, onu işə qoysun. Ürəkləri hara istəyir, ora da göndərsinlər. Yazıqdır, cavan uşaqdır. Nə qədər bekar gəzəcək?” Görünür, müraciət effektiv nəticə verib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin