Rusiyanın Sankt-Ptereburq şəhərində bu günə nəzərdə tutulan MDB dövlət başçılarının qeyri-formal sammiti, tədbir çərçivəsində Prezident İlham Əliyev və Nikol Paşinyanın mümkün görüşü barədə Azərbaycanın eks xarici işlər naziri Tofiq Zülfüqarov əvvəlcə bunları deyib:
“Görünür, Soçidə baş verən danışıqlarda əldə olunan razılıqların bir qismi Brüsseldə də təsdiqini tapıb. Razılaşmaların icrası barədə Sankt-Peterburqda hansısa mövzuların ortaya çıxmasını istisna etmirəm”.
Bizim.Media-ya eksklüziv müsahibəsində Tofiq Zülfüqarov Soçi razılaşmalarının icrası ilə bağlı Sankt-Peterburqda müəyyən görüşlərin keçirilməsini mümkün adlandırıb.
MÖVZU İLƏ BAĞLI:
Sankt-Peterburqda MDB ölkələrinin qeyri-rəsmi sammiti: İlham Əliyev və Paşinyan nəyi müzakirə edəcək?
Bu görüşlərin baş tutması həm də beynəlxalq ictimaiyyətə bir siqnaldır:
“Beynəlxalq ictimaiyyətə bir siqnaldır ki, artıq siyasi proses gedir. Təbii ki, bu prosesin çətinlikləri də ola bilər”.
Araik Arutyunyanın son qanunsuz fəaliyyətləri, fransalı prezidentliyə namizəd Valeri Pekres, rusiyalı deputat Milonov kimilərinin Qarabağın sülhməramlıların müvəqqəti məsuliyyət zonası sayılan hissəsinə özbaşına səfərləri də müzakirə predmeti ola bilərmi? Çünki belə qanunsuzluqların qarşısı alınmnasa, Azərbaycan anti-terror əməliyyatına məcbur qalar.
“Ermənilər Araik Arutyunyanı guya hansısa qurumun rəhbəri kimi göstərmək istəyirlər. Guya ki, bununla əlaqədar da o, müəyyən müstəqil qərarlar qəbul edir. Hesab edirəm ki, biz bu oyuna getməməliyik. Ermənistanın Azərbaycana qarşı ərazi iddiasına alət kimi həmişə yerli ermənilər istifadə olunub. Bu baxımdan, onlar heç vaxt hansısa müstəqil qurum kimi biz tərəfdən qəbul edilməyib.
Söhbət başqadır.
Hərbi işğalın hərbi fazası qurtarıb. Qondarma rejimin Ermənistan tərəfindən olan siyasi dəstəyinin də qarşısı alınacaq. Orda qalan “marionet”, oyuncaq qurumlar indi narahatdırlar. Çünki Azərbaycanın qanunları qarşısında onların çoxsaylı cinayətləri olub. Separatçılar öz talelərindən narahatdırlar.
Başa düşürlər ki, ya Azərbaycan qanunlarına tabe olmalı, ya da oradan qaçmalıdırlar. Belə reaksiyaları da bunun təsdiqidir.
Hesab edirəm ki, müvəqqəti bir haldır. Vəziyyəti yaxşı dərk edərək seçimlərini edəcəklər. Daha doğrusu, adi insanlar (ermənilər) seçim edəcəklər, separatçılar isə (Araik və s.) Qarabağdan qaçacaqlar”.
Anar Rəhimov, Bizim.Media