"Yaxşı olardı ki, “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı” iki ildən bir təqdim olunsun”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı”nın müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, 2022-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-də böyük məruzə ilə Azərbaycan adından hesabatla çıxış edəcək:
“Bu, çox məsuliyyətli işdir”.
Sədr Sahibə Qafarova isə bildirib ki, qanunda bu məlumatın hər il təqdim edilməsi nəzərdə tutulur.
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:48 / 27.12.2021
Azərbaycan BMT-yə gender bərabərliyi barədə hesabat verəcək - 2022-ci ildə
Hazırda oxunan: Azərbaycan BMT-yə gender bərabərliyi barədə hesabat verəcək - 2022-ci ildə
Hazırda oxunan: Azərbaycan BMT-yə gender bərabərliyi barədə hesabat verəcək - 2022-ci ildə
52665
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.