Paşinyan Qarabağ ermənilərindən xilas olmaq istəyir? - Fərhad Məmmədovun ŞƏRHİ

Hazırda oxunan: Paşinyan Qarabağ ermənilərindən xilas olmaq istəyir? - Fərhad Məmmədovun ŞƏRHİ

52575

"Bu, Nikol Paşinyanın oyunudur. Hamı bilir ki, Paşinyan-Arutyunyan münasibətləri yaxınlığı ilə seçilir. Arutyunyan Paşinyanın Qarabağdakı əlaltısıdır".

Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat konfransı və ona olan reaksiyaları şərh edən politoloq Fərhad Məmmədov "Facebook" hesabında yazıb.

Onun sözlərinə görə, Paşinyan Arutyunyanla görüşüb və yəqin ki, əsas mesajları çatdırıb:

"Ermənistan hakimiyyəti tez-tez bu addıma əl atırdı: "Biz razıyıq, Qarabağdakı ermənilər razılaşmırlar. Paşinyan bu yolla danışıqlarda mövqeyini gücləndirməyə çalışır".

Politoloq vurğulayıb ki, daha bir ehtimal isə odur ki, Paşinyan həqiqətən də Qarabağ ermənilərindən xilas olmaq istəyir.

"O, Azərbaycanın Laçın dəhlizinə nəzarəti ələ alacağını anlayır, bilərəkdən Zəngəzur dəhlizində postların yaradılmasına gedir və bununla da Ermənistan vətəndaşlarına “qalib gəldiyini” göstərməyə çalışır.

Ermənistan Qarabağ ermənilərinin ən böyük sponsorudur və onların yaşaması üçün ayda 30 milyon dollara qədər pul verir. Bu, Ermənistanın büdcəsi üçün dözülməz yükdür. Bu pullar isə heç bir işə yaramır.

Yəni, ondan dividentlərin əldə edilməsi perspektivləri qeyri-müəyyəndir. Ermənistanın ümid edə biləcəyi tək qazanc isə Qarabağ ermənilərinin taleyi ilə bağlı mümkün müzakirələrdə hansısa yolla iştirakını təmin etməkdir.

Yəni, Paşinyanın maliyyə rıçaqlarını A.Arutyunyan "seçiləndə" istifadə edib. İndi Qarabağ ermənilərinin Ermənistandan maliyyə asılılığı başa çatıb. Bunu Rusiyanın yaratdığı struktur da kompensasiya edə bilməyəcək.

Paşinyan soyuq qış günlərində aylıq maliyyəni gecikdirsə, o zaman Qarabağ ermənilərinin meşələrdə yığımçılıq və ovçuluqla məşğul olmaqdan başqa heç bir işi qalmayacaq.

Paşinyanın davranışı, bəyanatları və hərəkətləri əsasında belə qənaətə gəlmək olar ki, ya bu oyundur, ya da Paşinyan Qarabağ ermənilərini tamamilə Rusiyaya təslim etməyə hazırdır:

"Əgər siz artıq oradasınızsa və vəziyyətdən öz maraqlarınız üçün istifadə etmək niyyətindəsinizsə, o zaman pul ödəməli olacaqsınız".

Bunun üçün maliyyələşmənin tədricən dayandırılması və bütün öhdəliklərin Moskvaya ötürülməsini ssenarisini görəcəyik", - deyə Fərhad Məmmədov vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin