Əvvəlcə Türkiyə-Ermənistan münasibətlərinə dair 2 fakta nəzər salaq:
1. Osmanlı imperiyasında yaşayan ermənilər "sadiqi-millət" kimi tanınırdı
2. Türkiyə 90-cı illərdə Ermənistan müstəqilliyini tanıyan ilk dövlətlərdəndir
Bizim.Media olaraq Ermənistanın Türkiyə ilə yaxınlaşmasını şərtləndirən hazırkı amilləri təqdim edirik:
•Türkiyə vətəndaşları arasında milliyətcə ermənilər az deyil.
•Hazırda 100 min (İrəvanın dediyinə görə 50 min) erməni Türkiyədə işləyib Ermənistandakı ailələrinə pul göndərir.
•Türkiyə parlamentində erməni deputatlar da (2) var.
•İstanbulun yeni meri Əkrəm İmamoğlu ermənilərə qarşı laqeyd deyil.
•Sorosun adamı sayılan Nikol Paşinyan bilir ki, "Rusiyadan uzaqlaşmaq" missiyasının tək yolu Ankara ilə sıx əməkdaşlıqdır. Çünki Türkiyə həm də NATO-nun ən güclü üzvlərindəndir.
Türkiyə ilə Ermənistanın yaxınlığına mane olan nüanslardan əsası İrəvanın Qarabağ işğalçılığı idi. Azərbaycan torpaqlarını azad etdikdən sonra 2 müəmma qalıb:
- Qondarma "erməni soyqırımı"
- Ermənilərin Qars, İğdır və Vana ərazi iddiaları
Xatırladaq ki, Ermənistan baş naziri Nikol Paşinyan son çıxışında bildirib ki, İrəvan Ankaranın qarşısına "erməni soyqırımı"nı tanımaq kimi bir şərt qoymayıb. Paşinyanın sözlərinə görə, İrəvan həmişə Ankara ilə münasibətləri şərtsiz nizamlamaq tərəfdarı olub.
Ərdoğanla görüş barədə isə hələki razılaşma yoxdur:
"Amma Ruben Rubinyanın Türkiyəli həmkarı ilə danışıqları uğurlu alınsa, ali səviyyədə görüşləri gözləməyə dəyər".
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:00 / 25.12.2021
Ermənistan niyə Türkiyə ilə yaxınlaşmağa tələsir? - SƏBƏBLƏR VƏ ƏNGƏLLƏR
Hazırda oxunan: Ermənistan niyə Türkiyə ilə yaxınlaşmağa tələsir? - SƏBƏBLƏR VƏ ƏNGƏLLƏR
Hazırda oxunan: Ermənistan niyə Türkiyə ilə yaxınlaşmağa tələsir? - SƏBƏBLƏR VƏ ƏNGƏLLƏR
52437
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.