Zaxarovanın İLBAŞI AÇIQLAMASI nə qədər səmimidir? – Cavabı politoloqun ŞƏRHİNDƏ

Hazırda oxunan: Zaxarovanın İLBAŞI AÇIQLAMASI nə qədər səmimidir? – Cavabı politoloqun ŞƏRHİNDƏ

52436

Rusiya xarici işlər nazirliyinin mətbuat katibi Mariya Zaxarova dekabrın 23-də verdiyi illik hesabatda Cənubi Qafqazla bağlı bir sıra nüanslara da diqqət çəkib.

Xüsusilə də, Zaxarovanın “rəsmi Bakı və İrəvan 10 noyabr bəyanatına ciddi şəkildə riayət edir” açıqlaması müəyyən suallar doğurub. Bu fikirlərin reallığa uyğun olması isə, ciddi şübhələr doğurur.

Hətta, əksər siyasi şərhçilər Ermənistanla yanaşı, Rusiyanın da öz vasitəçilik öhdəliklərini tam şəkildə yerinə yetirə bilmədiyini qeyd edirlər.

Zaxarovanın hesabat açıqlamasını Bizim.Media üçün şərh edən politoloq Ramiyə Məmmədova qeyd olunan fikirlərin reallıqdan uzaq olduğu qənaətindədir:
 

MÖVZU İLƏ BAĞLI:

Mariya Zaxarova: "Rusiya həm Bakı, həm də İrəvanla təmasdadır"


“Rusiyada il sonunda dövlət rəsmiləri müvafiq dövrdə görülən işlərlə bağlı hesabat verirlər. Zaxarova da 2021-ci ildə Rusiyanın xarici siyasətində atılan addımlarla bağlı informasiyaları ictimaiyyətin diqqətinə çatdırıb. Lakin Zaxarovanın “İrəvan 10 noyabr bəyanatının şərtlərinə ciddi şəkildə əməl edir”, açıqlaması doğru deyildi. Bu iddia real deyil. Çünki indiki vəziyyətdə İrəvan nə tam şəkildə danışıqlar masasına oturub, nə də 10 noyabr bəyanatının bütün müddəalarını yerinə yetirib. Eyni zamanda Rusiyanın da vasitəçilik missiyasını tam şəkildə yerinə yetirdiyini söyləmək doğru olmazdı”.

Politoloq Rusiyanın vasitəçiliyindəki əsas problem kimi sülhməramlıların fəaliyyətindəki bir sıra narahatlıq doğuran nüansları ön plana çıxarıb:

“Zaxarovanın dedikləri reallıqla üst-üstə düşmür. Bu gün üçün Qarabağda baş verən məlum hadisə göz qabağındadır (Perkesin səfəri). Rusiya XİN rəsmisinin Moskvanın öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirdiyini deməsi də bir qədər gülünc səslənir və heç də reallığı əks etdirmir. Hansısa xarici ölkə vətəndaşı Laçın dəhlizindən keçməklə Qarabağa gələ bilir, lakin bununla bağlı sülhməramlılar və ya Rusiya hökuməti tərəfindən hər hansı açıqlama verilmir”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin