Paşinyan bəyan edir ki, "Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırıq". Amma Qarabağdakı ermənilərin separatçı bölümü heç vaxt Azərbaycanın tərkibində olmayacaqlarını iddia edirlər.
Bu necə sülh sazişidir? Azərbaycan belə bir sülh müqaviləsinə gedərmi?
Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə sualımıza cavab olaraq bildirib ki, İrəvan "sülhə hazırıq" bəyanatı ilə özünü dünyaya sülhpərvər kimi təqdim etməyə çalışır:
"Amma baxaq görək Ermənistan Azərbaycanla sülh müqaviləsini hansı istiqamətdə bağlamağa çalışır".
Bizim.Media-ya danışan politoloq fikrinin davamı olaraq qeyd edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü Qarabağın ermənilər yaşayan hissəsinin istisnasıyla tanımaq istəyir.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan: “Dağlıq Qarabağ Azərbaycanın ərazisidir” – İRƏVANDAN SENSASİON AÇIQLAMA
Təbii ki, bu da Azərbaycanın qəbul edəcəyi şərt deyil. Amma Qarabağda yaşayan erməniləri İrəvan Azərbaycanın tərkibində görmək istəmir:
"Ona görə də belə bir formulla çıxış etməsi Paşinyanın heç də sülhpərvər olduğunu nümayiş etdirmir. Ümumiyyətlə, Nikol Paşinyan 10 noyabr 2020, 11 yanvar və 26 noyabr 2021 üçtərəfli bəyanatları, ardınca Brüssel görüşündən irəli gələn öhdəlikləri yerinə yetirəndən sonra sülh haqqında düşünmək olar. İlk növbədə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Bundan sonra sülh mümkün olar", - deyə Məhəmməd Əsədullazadə fikrini tamamlayıb.
Digər ekspertlər də Paşinyanın bu bəyanatının arxasında 150 ildən yuxarı yürüdülən bir erməni hiyləgərliyi siyasətinin olduğunu qeyd edirlər.
Çünki 1918-ci ildə ondan sonrakı müqavilələrdə də Azərbaycan əhalisinin ermənilərə verilən ərazilərdə daim yaşayacağı və bir daha ərazi iddialarında olmayacaqları qeyd edilmişdir. Bugünkü nəticəyə baxaq: - Göyçədə, Qaraqoyunluda, Zəngəzurda, eləcə də Ermənistanın digər ərazilərində bir nəfər də olsun azərbaycanlı varmı?
Belə bir məqamda ağıllı olmaq üçün çox da dərin biliklərə ehtiyac yoxdur.
Bizim.Media