"Hadrutdakı bu hərbi hissədə yeni hərbi birləşmənin nümayəndələri, komando qüvvələri yerləşir. Komando briqadasının yaradılması bizim üçün yenilikdir".
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev dekabrın 24-də Hadrutda yeni hərbi hissənin açılışında çıxış edərkən bildirib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev ad günündə Hadrut qəsəbəsinə getdi
Komando briqadalarının istənilən hərbi vəzifəni icra etməyə qadir olacağını vurğulayan dövlətimizin başçısı deyib:
“Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bax bu briqadalarda xidmət edəcək. Bu, bizim ordu gücümüzü böyük dərəcədə artıracaq”.
Prezident qeyd edib ki, belə briqadalar çox olacaq və beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaq.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:37 / 24.12.2021
Hadrutdakı hərbi hissədə komando briqadası xidmət edəcək – PREZİDENT detalları açıqladı
Hazırda oxunan: Hadrutdakı hərbi hissədə komando briqadası xidmət edəcək – PREZİDENT detalları açıqladı
Hazırda oxunan: Hadrutdakı hərbi hissədə komando briqadası xidmət edəcək – PREZİDENT detalları açıqladı
52315
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.