“Bu gün Ermənistan ordusu yoxdur. Əgər Ermənistan yenidən bizim üçün təhlükə mənbəyi olmağa cəhd edərsə, onların axırı İkinci Qarabağ müharibəsindəki kimi olacaqdır”.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev dekabrın 24-də Hadrutda yeni hərbi hissənin açılışında çıxış edərkən bildirib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev ad günündə Hadrut qəsəbəsinə getdi
Dövlətimizin başçısı deyib:
“Biz heç vaxt imkan verə bilmərik ki, xalqımıza, dövlətimizə, ərazi bütövlüyümüzə hər hansı bir təhdid yaradılsın. Ölkə hüdudlarından kənarda olsa da, əgər bu təhdidi biz görsək, heç kim bizi dayandıra bilməz. Necə ki, 44 gün ərzində nə qədər bizi dayandırmağa çalışdılar, nə qədər bizi hədələdilər, təzyiq etdilər, təhdid etdilər. Heç kim bizi dayandıra bilmədi”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:25 / 24.12.2021
Prezident: “Yeni təhdidlə üzləşsək, heç kim bizi dayandıra bilməz”
Hazırda oxunan: Prezident: “Yeni təhdidlə üzləşsək, heç kim bizi dayandıra bilməz”
Hazırda oxunan: Prezident: “Yeni təhdidlə üzləşsək, heç kim bizi dayandıra bilməz”
52311
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.