Şuşa sevgisinə bərabər HƏRB mədəniyyəti – Qarabağ fatehinin 8 noyabr ƏMRİ

Hazırda oxunan: Şuşa sevgisinə bərabər HƏRB mədəniyyəti – Qarabağ fatehinin 8 noyabr ƏMRİ

52097

"Əməliyyat hazırlanarkən cənab Prezidentin verdiyi tapşırıqlardan biri də o idi ki, Şuşanın mədəniyyət mərkəzi olduğu nəzərə alınmalı, şəhər dağıdılmadan, tarixi görkəmi qalmaq şərti ilə azad olunmalıdır". 

Bizim.Media xəbər verir ki, bu sözlər Azərbaycanın müdafiə naziri Zakir Həsənovun dekabrda yayılan müsahibəsinin bir hissəsidir. 
 

MÖVZU İLƏ BAĞLI:

Heydər Əliyevlə başlayan Şuşa sevgisinin İlham Əliyev ZİRVƏSİ - VİDEO


Prezidentin şanlı əməliyyat əmrində iki sevgi qabarır:

Şuşa sevgisi

Mədəniyyət sevgisi

Bu iki sevgiyə qovuşmaq üçün isə bir ildən çox müddətdir ki, bütün dünyada müzakirə mövzusu olan əfsanəvi Şuşa əməliyyatı həyata keçirilməli idi. Və şanlı Azərbaycan ordusu bunu bacardı. Şuşa şəhəri azad olunandan bəri Azərbaycan rəhbərinin bu şəhərə sonsuz sevgisi onun atdığı addımlarla bir daha isbatlandı:

- Şuşa bərpa olundu

- Tarixi şəxsiyyətlərin ev muzeyləri yaradıldı

- Prezident İlham Əliyev tez-tez bu şəhərə səfər edir

- Azad olunan şəhərdə Türkiyə ilə Azərbaycan arasında Şuşa bəyannaməsi imzalandı

- Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan olundu

Prezident İlham Əliyevin mədəniyyətə qayğı və sevgisi

Kino, teatr, musiqi tətbiqi sənət, tarixi abidələrin qorunması və bərpası ilə bağlı qəbul olunan dövlət proqramları və cənab Prezidentin ölkədə bu mədəniyyət sahələrinin inkişafı ilə bağlı sərəncamları bir daha təsdiq edir ki, ölkəmizdə mədəniyyətə, mənəvi dəyərlərin qorunub saxlanılmasına həqiqətən böyük qayğı var. Bu sərəncamlarda mədəniyyətimizin bütün sahələrinin inkişafına dövlət tərəfindən böyük dəstək verildiyi bir daha təsdiqlənir. 

Bu gün elə bir rayon mərkəzi yoxdur ki, öz simasını dəyişməmiş olsun. Yeni yaradılan muzeylər, yeni tikilən yüksək mərtəbəli binalar, parklar, xiyabanlar ölkədə gedən quruculuq işlərinin aydın təzahürüdür.
 

Azərbaycan incəsənəti dünya miqyasında ölkəmizi daha geniş miqyasda tanıtmaqdadır. YUNESKO və İSESKO kimi mötəbər beynəlxalq təşkilatlar artıq Azərbaycanı sivilizasiyalı bir ölkə kimi tanıyır. Bizim bir çox mədəniyyət abidələrimiz YUNESKO-nun maddi və mənəvi irs siyahısına salınıb.


Görkəmli sənət adamlarının — şairlərimizin, bəstəkarlarımızın, elm xadimlərimizin yubileylərinin YUNESKO səviyyəsində keçirilməsi Azərbaycan mədəniyyətinə, incəsənətinə verilən yüksək qiymətin nümunəsidir.

Prezidentin sənət adamları barədə dedikləri də göstərilən diqqəti təsdiqləyir:

“Azərbaycanı dünyada tanıdan bizim ziyalılarımızdır – alimlərimiz, rəssamlarımız şairlərimiz, yazıçılarımız, bəstəkarlarımızdır. Azərbaycanı bu insanlar tanıdırlar. Bu insanlar cəmiyyətin aparıcı təbəqələridir, cəmiyyətin elitasıdır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin