Türkiyə Prezident Administrasiyası ermənilərin Qarabağdakı cinayətlərindən DANIŞDI

Hazırda oxunan: Türkiyə Prezident Administrasiyası ermənilərin Qarabağdakı cinayətlərindən DANIŞDI

52089

“Qarabağın azadlıq mübarizəsindəki görüntülər dünya ictimaiyyətinə təsir gücü aydın şəkildə ortadadır”. 

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun “25-ci Zoom Beynəlxalq Xəbər Görüntüləri” müsabiqəsinin mükafatlandırma mərasimindəki çıxışında deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyanın müdafiə nazirindən Qarabağla bağlı VACİB AÇIQLAMA: "Bir ildən artıqdır ki..."


Terror təşkilatlarının və işğalçı Ermənistanın təhrif olunmuş görüntülərlə yaratmağa çalışdıqları təsəvvürlərə qarşı ən gözəl cavabın münaqişə bölgələrində çalışan operator və fotojurnalistlər tərəfindən verildiyini, onların çəkdikləri real görüntülər olduğunu qeyd edən Altun “Azərbaycanın Qarabağ zəfərinin haqlılığı qarşısında Ermənistanın necə hərbi cinayətlər törətdiyini mülki əhalini hədəf aldığını və dünya mədəni irsi abidələrini dağıtdığın qeyd edib:

“Buradan Ermənistan tərəfindən basdırılan minanın partlaması nəticəsində şəhid olan AZƏRTAC Agentliyinin müxbiri Məhərrəm İbrahimovu və Azərbaycan Dövlət Televiziyasının operatoru Sirac Abışovun xatirəsini rəhmətlə yad edirəm. Məkanları cənnət olsun! 
 

Bu münasibətlə Qarabağ zəfəri şəhidlərimizə Uca Allahdan bir daha rəhmət diləyirəm. Eləcə də Liviya, Suriya və İraqda münaqişə bölgələrində çalışan müxbirlərin xəbərləri, operatorların görüntüləri regionda baş verənlərin dünyaya düzgün şəkildə çatdırılmasında mühüm rolu olub.


Siz bu kritik vəzifəni yerinə yetirərkən biz də Kommunikasiya İdarəsi olaraq sizin üçün sağlam, təhlükəsiz və məhsuldar iş mühitini təmin etməyə çalışırıq.

Bu məqamda peşə standartlarının yüksəldilməsi və yaxşılaşdırılması üçün müvafiq dövlət orqanı olaraq cənab prezidentimizin vizyonu çərçivəsində öz töhfəmizi verməyə çalışırıq", - deyə Altun əlavə edib. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin