İndi çoxları özlərinə sual verir. Rusiya sülhməramlı kontingenti hara baxır və Fransa prezidentliyinə namizəd Xankəndinə necə gəlib? Budur sadə cavab.
Bizim.Media Caliber Telegram kanalına istinadən xəbər verir ki, bu videoda rus əsgərlərinin Qarabağda erməni silahlılarının səngər qazma prosesini və yeni cəbhə xəttini necə ört-basdır etməsinə baxa bilərsiniz. Laçın dəhlizindəki yoxlanış onların vecinə deyil, buradakı işlər daha vacibdir.
Video bu yaxınlarda çəkilib. Deməli, illüziya qurmağı bitirmək və Laçın dəhlizində post qurmağın vaxtıdır. Qarabağdakı Rusiya Müdafiə Nazirliyi bu anı yaxınlaşdırmaq üçün hər şeyi edir.
Bizim.Media