“İşğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi ilə bağlı İran ilə Azərbaycan arasında danışıqlar aparılır”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla birgə keçirdiyi mətbuat konfransında deyib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan İranla bir sıra yeni layihələr ətrafında razılıq əldə etdi
Nazir bildirib ki, bu gün keçirilən görüşdə də bu məsələ müzakirə olunub.
ANAMA İranın müvafiq qurumları ilə ərazilərin minalardan təmizlənməsi ilə bağlı fikir mübadiləsi aparacaq.
Bizim.Media