Qırğızıstanın Bakıdakı səfirinə ŞİDDƏTLİ TÖHMƏT verildi - Bu açıqlamasına görə...

Hazırda oxunan: Qırğızıstanın Bakıdakı səfirinə ŞİDDƏTLİ TÖHMƏT verildi - Bu açıqlamasına görə...

51993

Qırğızıstanın  Azərbaycandakı səfiri Kayrat Osmonaliyevə ölkəsində sərt cəza verilib.

Bizim.Media "Lenta.ru"-ya istinadən xəbər verir ki, səfirin mətbuat konfransı zamanı səsləndirdiyi açıqlama mətbuatda"Qırğızıstan Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ilə Rusiyadan ayrıca görüşməyi təklif edir” kimi təhrif edilib. 

Qırğızıstan Prezident Administrasiyasının İnformasiya siyasəti xidməti bunun həqiqətəuyğun olmadığını, təxribat xarakteri daşıdığını açıqlayıb.

Belə ki, səfir tərəfindən mətbuata belə bir açıqlama olmayıb. 

Lakin Prezident Administrasiyası ilə razılaşdırılmayan bu cür təhrif olunmuş şərhlərə və şişirtmələrə səbəb olan bəyanata görə Prezident Sadır Japarov səfir Kayrat Osmonəliyevə şiddətli töhmət elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin