İlham Əliyev İranın xarici işlər naziri ilə görüşdü - YENİLƏNİB

Hazırda oxunan: İlham Əliyev İranın xarici işlər naziri ilə görüşdü - YENİLƏNİB

51991

Dövlətimizin başçısı Aşqabadda İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşünü xatırladıb, bu görüş zamanı gələcək əməkdaşlıqla bağlı bir çox məsələlərin müzakirə edildiyini və Azərbaycan-İran dostluq əlaqələrinin bir daha təsdiqləndiyini bildirib.

Hüseyn Əmir Abdullahian İran Prezidenti Seyid İbrahim Rəisinin salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev İranın dövlət başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş edib.

İranın xarici işlər naziri Prezident İlham Əliyevlə İran Prezidenti Seyid İbrahim Rəisinin Aşqabad görüşünə toxunaraq bu görüşü ölkələr arasında əlaqələrdə dönüş nöqtəsi kimi dəyərləndirib.

Söhbət zamanı siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün birgə səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə ikitərəfli əməkdaşlığımızın gündəliyinin geniş olduğu bildirildi və yaxşı nəticələrin əldə ediləcəyinə ümidvarlıq ifadə olunub.

***

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 22-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
 

MÖVZU İLƏ BAĞLI:

İran XİN başçısı Azərbaycana gəldi – Səfər planı


Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin