Overçuk Zəngəzur dəhlizi ilə bağlı ermənilərə nə deyib? – DETALLAR

Hazırda oxunan: Overçuk Zəngəzur dəhlizi ilə bağlı ermənilərə nə deyib? – DETALLAR

51978

“Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycanda səfərdə oldu və bu səfər çərçivəsində onun mövqeyindən bir daha məlum oldu ki, bu gün Azərbaycan-Rusiya münasibətləri çoxşaxəlidir.

Müxtəlif istiqamətlərdə dinamik inkişaf tempi var” deyən millət vəkili Elman Nəsirov əsasən də kənd təsərrüfatındakı əməkdaşlığı vurğulayıb. Çünki Rusiya Azərbaycanın kənd təsərrüfatı məhsullarının əsas alıcısıdır. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıdan İrəvana gedən Overçuk Paşinyanla nəyi müzakirə etdi? – TƏFƏRRÜAT


Bizim.Media ilə bölüşdüyü özəl şərhində deputat Cənubi Qafqazdakı yeni reallıqlardan bəhs edib və Overçukdan sitat da gətirib:

“Overçuk vurğulayıb ki, Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizlik mühitinin formalaşması üçün Ermənistan və Azərbaycan arasında həllini gözləyən məsələlərin tənzimlənməsi olduqca vacibdir. Bu nöqteyi-nəzərdən iqtisadi-ticarət əlaqələrinin bərpası, nəqliyyat-kommunikasiyaların açılmasını önə çəkib. Qeyd edib ki, bu sahədə həlledici addımlar atmağın vaxtı çatıb”. 

Elman Nəsirov Overçukun İrəvan səfərinə də münasibət bildirib. Millət vəkilinin fikrincə, İrəvandakı əsas müzakirə mövzusu Azərbaycanla Ermənistan arasında dəhlizlərin işə salınmasıdır və erməniləri buna inadıra bilib:


“Çünki Zəngəzur dəhlizi Rusiyanın maraq dairəsindədir”.

Deputat sonda təkrar edib ki, kommunikasiyaların açılması prioritet məsələyə çevrilib və Ermənistanın siyasi rəhbərliyi bunu etiraf edir. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin