“İndi öyrənirik ki, Zəngəzurun təhlükəsizliyini sual altına qoyan sənəd imzalanıb” – Erməni deputat

Hazırda oxunan: “İndi öyrənirik ki, Zəngəzurun təhlükəsizliyini sual altına qoyan sənəd imzalanıb” – Erməni deputat

51945

“Bir ildən çoxdur bizi aldadırlar ki, bir dənə də olsun sənəd imzalanmayıb, əslində isə ötən il Vaqarşak Arutyunyan və Rusiyanın müdafiə naziri Sergey Şoyqu imzaladıqları sənədə əsasən Zəngəzurdakı qoşunlarımız çıxarılıb və geri çəkilib. Bu isə təkcə Zəngəzurun deyil, bütün respublikamızın təhlükəsizliyini təmin etmək üçün ciddi təhlükədir”.

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentindəki “Ermənistan” müxalifət blokunun üzvü, deputat Anna Qriqoryan Para TV-nin efirində deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Zəngəzur dəhlizinin açılışında Atatürkün rolu - DETALLAR


“Sənəddə hansı müddəaların qeyd olunduğunu, hələ də onlara əməl olunub-olunmadığını təhlil etmək lazımdır. Cəmi bir ildən sonra öyrənirik ki, bizim arxamızdan Zəngəzurun təhlükəsizliyini sual altına qoyan sənəd imzalanıb.

Hökumət isə bunun əksini iddia edib. Bu, çox vacibdir, çünki hakimiyyət yenidən Türkiyə ilə növbəti məxfi məhkəmə prosesini planlaşdırır. Başa düşmək lazımdır ki, hökumətin verdiyi bəyanatlar heç də həmişə real vəziyyəti və şəraiti ifadə etmir”, - deyə Qriqoryan bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin