Xarici işlər naziri Ceyhun Bayramovun Qırğız Respublikasının Təhlükəsizlik Şurasının sədr müavini Talatbek Masadikov ilə görüşü baş tutub.
Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qarşı tərəfi səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov Azərbaycan və Qırğızıstan münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini və iki ölkə arasında siyasi dialoqun ən yüksək səviyyədə olduğunu qeyd edib.
İqtisadi sahədə mövcud potensialdan istifadə edilməsinin əhəmiyyəti vurğulanıb və bu xüsusda, iqtisadi və humanitar sahədə birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinə istinad edilib.
Talatbek Masadikov iki ölkə arasında hər zaman yaxşı münasibətlərin mövcud olduğunu qeyd edib. O, müstəqilliyinin ilk illərində Heydər Əliyevin rəhbərliyi altında, daha sonradan isə Prezident İlham Əliyevin başçılığı ilə davamlı inkişaf edən Azərbaycanın hər bir uğuruna Qırğız xalqının sevindiyini söyləyib.
Tərəflər, ikitərəfli əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə, tərəflər həmçinin Əfqanıstandakı vəziyyət, bu vəziyyətin qonşu ölkələrə təsiri, İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının bu xüsusda keçirilmiş növbədənkənar iclasının nəticələri ilə bağlı fikir mübadiləsi aparıblar.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:02 / 21.12.2021
Ceyhun Bayramov Qırğızıstan rəsmisi ilə bu məsələləri müzakirə etdi - DETALLAR
Hazırda oxunan: Ceyhun Bayramov Qırğızıstan rəsmisi ilə bu məsələləri müzakirə etdi - DETALLAR
Hazırda oxunan: Ceyhun Bayramov Qırğızıstan rəsmisi ilə bu məsələləri müzakirə etdi - DETALLAR
51801
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.