Niyə deputatların ömürlük DİPLOMATİK PASPORTU olmalıdır? – Hüquqşünasın CAVABI

Hazırda oxunan: Niyə deputatların ömürlük DİPLOMATİK PASPORTU olmalıdır? – Hüquqşünasın CAVABI

51726

Millət vəkili Sabir Rüstəmxanlı milli məclisdə çıxış edərək, deputatlara ömürlük diplomatik pasport verilməsini təklif edib. Deputat bildirib ki,  Türkiyədə millət vəkili seçilən şəxs ömrünün sonuna qədər diplomatik pasportunu saxlayır. O, Türkiyə təcrübəsini örnək gətirərək Azərbaycanda da bu sistemin tətbiq edilməsini məqəsədəmüvafiq hesab edib. 

Mövzu ilə bağlı Bizim.Media Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, eks deputat Çingiz Qənizadə ilə aydınlıq gətirməyə çalışıb:
 

MÖVZU İLƏ BAĞLI:

Vitse-prezidentlərə ömürlük diplomatik pasport veriləcək - RƏSMİ


“Bəzi ölkələrdə bir dəfə deputat olan şəxs sonradan seçilmədiyi təqdirdə öz diplomatik pasportunu ömürlük saxlayır. Məsələn, qardaş Türkiyədə millət vəkili seçilmiş bir şəxs, ömrü boyu ona “sayın, millət vəkili” deyə müraciət edirlər, o hörməti saxlayırlar”.

Komitə sədri düşünür ki, fəaliyyətdə olan və ya olmayan deputatların nüfuzu hər zaman qorunub saxlanılmalıdır. 

“Onlardan biri də diplomatik pasport məsələsidir. Bu gün millət vəkili seçilmiş şəxs, ölkənin qanunverici hakimiyyətində olan kəs parlament fəaliyyəti bitdikdən sonra səfirliklərin qapısında viza üçün dayanmamalıdır. Bu o demık deyil ki, o,  başqalarından üstündür. Lakin karyerası boyu əldə etdiyi əlaqələr, nüfuzlu tədbirlərdə iştirakı ona hansısa imtiyazlar verməlidir. Çünki parlamentə hər zaman ictimai siyasi xadimlər seçilir”.

Çingiz Qənizadənin fikrincə, əgər parlamentdə beş ildən bir 30-40 adam dəyişilirsə, bu 20 ildə cəmisi heç 100 nəfər etmir.

Onun sözlərinə görə, dövlət keçmiş millət vəkili olan şəxsin sonradan ölkənin ictimai siyasi həyatında aktiv rol oynamasında maraqlı olmalıdır. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin