Tofiq Zülfüqarovdan GÜZGÜ SİYASƏTİ: "Azərbaycan parlamenti Ermənistana müraciət etməlidir..."

Hazırda oxunan: Tofiq Zülfüqarovdan GÜZGÜ SİYASƏTİ: "Azərbaycan parlamenti Ermənistana müraciət etməlidir..."

51668

"Daha öncəki paylaşımım diskussiyalara səbəb oldu deyə bir az aydınlıq gətirmək istərdim: Ağır hərbi məğlubiyyətə baxmayaraq Ermənistanın bugünkü mövqeyində ərazi iddiaları var"

Bizim.Media xəbər verir ki, bu fikirlər sabiq xarici işlər naziri Tofiq Zülfüqarova aiddir.

MÖVZU İLƏ BAĞLI:

“3+3”ün TÜRKİYƏ TOPLANTISI – Gürcüstan oyuna daxil olur, yoxsa Ermənistan meydandan çıxır?

Tofiq Zülfüqarov bildirib ki, ermənilər Azərbaycana qarşı de-fakto ərazi iddialarını davam etdirirlər:

"Bu onların Qarabağ siyasətindən bəllidir. Hətta Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımaq barədə danışarkən bunun "Artsax"a heç bir aidiyyatının olmadığını bəyan edib. Bu şərait isə Azərbaycana imkan verir ki, Zəngəzur və bolşeviklərin ermənilərə verdiyi digər rayonlara münasibətdə "güzgü siyasəti" həyata keçirtsin.

Praktik olaraq bu siyasət belə reallaşa bilər:

- Milli Məclisdə məsələyə baxılması;

- Tarixi ədalətin bərpa olunması ilə bağlı Ermənistan Parlamentinə müraciətin qəbulu;

- Həmin əraziləri xüsusi statusla Azərbaycana qaytarmaq, hər iki xalqın nümayəndələrinin sülh şəraitində yaşamasını təmin etmək;

- Azərbaycanda qalıb yaşamağı seçənlərə isə təzminata zəmanət vermək".

Eks XİN rəhbərinin sözlərinə görə, yuxarıda sadalananlar regionda postkonflikt nizamlama prosesinin gündəliyinə tarixi ədalətin bərpasının da daxil olmasını təmin edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin