“İlham Əliyev Qarabağın və Şərqi Zəngəzurun baş memarıdır” - Ramil Usubov

Hazırda oxunan: “İlham Əliyev Qarabağın və Şərqi Zəngəzurun baş memarıdır” - Ramil Usubov

51651

“Xalqımız ötən illər ərzində işğal olunmuş torpaqlarımızın düşməndən azad ediləcəyinə ümidini itirmədi. Bu, onun öz Ümummilli Liderinin uzaqgörən, müdrik siyasətinə, dahi şəxsiyyətinə, onun layiqli davamçısı, qüdrətli rəhbərimiz cənab İlham Əliyevin qətiyyətinə, əzminə, polad iradəsinə, yüksək idarəçilik qabiliyyətinə və yorulmaz fəaliyyətinə inamdan qaynaqlanır. Bu ruh indi tariximizə, irsimizə, milli-mənəvi dəyərlərimizə layiq şəkildə dirçəldilir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov rəsmi mətbuata müsahibəsində deyib.

Onun sözlərinə görə, Qarabağ həm də ötən əsrin 70-80-ci illərində onu yenidən quran, inkişaf etdirən Ulu Öndər Heydər Əliyevin əbədiyaşar xatirəsinə ehtiramla ucaldılır: 
 

“Hörmətli Mehriban xanım Əliyevanın böyük fədakarlıqları ilə Ağdamdan Kəlbəcərə, Füzulidən Şuşaya, Tuğdan Azıxa qədər bütün məkanlarda onlarca tarixi, mədəniyyət və mənəviyyat abidələrimiz bərpa olunur, yenidən həyata qaytarılır. Bu baxımdan Prezident İlham Əliyevlə yanaşı, hörmətli Mehriban xanım Əliyevanı da haqlı olaraq Qarabağın və Şərqi Zəngəzurun baş memarları adlandırmaq olar.

Qarabağ və Şərqi Zəngəzur artıq azaddır. Onlar üçün ciddi təhlükə yoxdur. Ancaq bu bölgə elə bir həssaslığa malikdir ki, burada tikilən, qurulan dövlət, sosial, mədəniyyət, iaşə və digər infrastrukturlar həm də təhlükəsizlik sisteminin vacib təməlləridir. Hər bir tikili, hər bir quruculuq işi Azərbaycanın etibarlı təhlükəsizlik tələblərinin normalarına tam cavab verir”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin