Qərbin vasitəçiliyi ilə 10 erməni əsirin qaytarılmasına Rusiyanın münasibəti necə olacaq? – Politoloqdan CAVAB

Hazırda oxunan: Qərbin vasitəçiliyi ilə 10 erməni əsirin qaytarılmasına Rusiyanın münasibəti necə olacaq? – Politoloqdan CAVAB

51527

Son dönəmlər Azərbaycan-Ermənistan münasibətlərində Avropa İttifaqının (Aİ) vasitəçiliyi özünü daha qabarıq formada hiss etdirir.

Belə ki, Brüssel görüşündə əldə olunmuş müsbət irəliləyişlər, daha sonra isə 10 erməni əsirin ölkələrinə qaytarılması Avropanın vasitəçiliyinin prakitiki təzahür formaları kimi qiymətləndirilə bilər.

Lakin Aİ-nin bu cür fəallığı müəyyən suallar da doğurur.

Həmin sualları politoloq Fikrət Sadıxov Bizim.Media üçün cavablandırıb.

- Fikrət müəllim, Avropa İttifaqının vasitəçiliyi ilə 10 erməni əsirin qaytarılmasını Qərbin regionda aktivləşməsi kimi qiymətləndirə bilərikmi?

“Əslində bu, Brüssel görüşünün nəticəsidir. Bu nəticələr artıq konkret faktlarla müşahidə olunur. Biz bunun məntiqi nətcəsi olaraq İrəvandan Azərbaycanı Naxçıvana birləşdirəcək dəmir yolu xətlərinin Ermənistandan keçən hissəsinin bərpası ilə bağlı müsbət açıqlamalar da eşidirik. Təbii ki, bu Avropa İttifaqının vasitəçiliyinin birbaşa nəticələridir və biz bunu yüksək qiymətləndiririk”.

Politoloq Aİ-nin fəaliyyətindəki müsbət nüanslara rəğmən mənfi məqamları da diqqətə çatdırıb:

“Doğrudur, Avropa İttifaqı ilə bağlı bizi qane etməyən məqamlar da var. Məsələn, Ermənistana 2,6 milyard avro verilirsə, bizə cəmi 140 milyon avro verilir. Sanki onların torpağı işğal edilib, yerlə yeksan olunub. Təbii ki, burada müəyyən ikili yanaşmalar var. Lakin regionda sülhün təmin olunması məsələsində Ermənistana yetərli təzyiqlər olacaqsa, bu bizi qane edir. Azərbaycan sülhə və sərhədlərin delimitasiyasına hazır olduğunu açıq şəkildə bildirib. Əgər Qərb ölkələri sülhün təmin olunmasında israrlı olacaqlarsa, onların vasitəçiliyi bundan sonra da davam edə bilər”.

- Necə düşünürsünüz, Avropa İttifaqının Cənubi Qafqazda fəallıq nümayiş etdirməsi Rusiyanın narahatlığına səbəb ola bilərmi?

“Ola bilsin ki, Rusiyada bunu qıcıqla qəbul etsinlər. Lakin Kreml, hər halda, məsələni başladan tərəfdir. İstər 10 noyabr bəyanatında, istərsə də Soçi görüşündə oxşar mövqe ortaya qoyulub. Düşünmürəm ki, baş verənlər birmənalı şəkildə Rusiyanın maraqlarına zidd olsun. Moskva, əlbəttə, istərdi ki, onun vasitəçi mövqeyi möhkəmlənsin. Kreml bir sıra proseslərin öz vasitəçiliyi ilə həllini tapması naminə əlindən gələni edəcək. Hər halda, baş verənlər onu göstərir ki, Cənubi Qafqazda bir sıra aparıcı oyunçuların maraqları var. Lakin şübhəsiz ki, Rusiya bu kontekstdə bizə düşmən mövqeyində dayanmayacaq”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin