Paşinyanın belə tez yumşalmasının arxasında hansı HİYLƏ var? - Tofiq Zülfüqarovdan AÇIQLAMA 

Hazırda oxunan: Paşinyanın belə tez yumşalmasının arxasında hansı HİYLƏ var? - Tofiq Zülfüqarovdan AÇIQLAMA 

51495

“Çoxlarından fərqli olaraq Paşinyanın Zəngəzur dəhlizinin belə tez açılmasına razılıq verməsi məni sevindirmir. Niyə? Çünki koridorun açılışına hələ 1.5-2 il vaxt var. Maliyyə və digər yardımlar almaq üçün ermənilər vaxt udublar”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri eks xarici işlər naziri Tofiq Zülfüqarov özünün “Facebook” hesabında yazıb.

MÖVZU İLƏ BAĞLI:

“Brüsseldəki görüş danışıqlar formatı deyil” – Tofiq Zülfüqarovdan ÖZƏL MÜSAHİBƏ


Tofiq Zülfüqarov ikinci səbəbi də açıqlayıb:

“Əlbəttə ki, Naxçıvanla quru əlaqələrinin qurulması vacibdir. Amma yaxşı olardı ki, biz tarixi ədalətə nail olaq və 100 il əvvəl bolşeviklərin əlimizdən aldığı Zəngəzur və Göyçə mahallarını nəzarətimizə götürək. 

Şuşa kimi... 

Yəni 2020-ci ilin oktyabrında Paşinyanın danışıqlardan qaçması bizə “imkanlar pəncərəsi” açdı. Ona görə də “qonşustan”ın danışıqanlaşması məni sevindirmir. Deyəsən fərqli-fərqli “makron”lar ona məsləhətlər veriblər. Başa salıblar ki, Ermənistanın pislə daha pis arasında seçim etmək şansı var. Ermənilər özünü bir daha “məğlubedilməz aşot”lar kimi hiss etsəydilər, bizim üçün əla olardı”.

Tofiq Zülfüqarovun yazdıqlarından belə anlaşılır ki:

Ermənilər 2 ilə yaxın vaxt udmaqla həm maddi, həm də hərbi cəhətdən güclənəcək. Bu isə onların 2023-də öhdəliklərini yerinə yetirməkdən imtina və yeni savaş cəhdinə şərait yarada bilər.

Azərbaycana isə İrəvanın müharibə istəməsi daha çox indi sərf edir. Çünki ağır məğlubiyyətə uğramış Ermənistan gərginliyi uzunmüddətli pozacağı təqdirdə həm “Artsax” xülyaları, həm də Qərbi Zəngəzurdan (Sünik) məhrum ola bilərlər. 

Ermənistanın pis seçim etməsi Azərbaycanın hazırkı tələblərilə razılaşmasıdır. Daha pis seçimləri isə Bakıya yox cavabı verməklə yeni savaş və özlərinin daha böyük məğlubiyyətlərinə yol açmaqdır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin