Xarici İşlər Nazirliyi rəsmi qəbul təşkil etdi - İlin yekunları açıqlandı

Hazırda oxunan: Xarici İşlər Nazirliyi rəsmi qəbul təşkil etdi - İlin yekunları açıqlandı

51209

Gülüstan Sarayında Xarici İşlər Nazirliyi (XİN) tərəfindən ilin yekunlarına həsr edilmiş qəbul təşkil edilib.

Bizim.Media XİN-ə istinadən xəbər verir ki, tədbirdə müvafiq qurumlardan yüksək səviyyəli nümayəndələr, ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəlik və beynəlxalq təşkilatların ofislərinin rəhbərləri iştirak ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

XİN-ə diplomatik xidmətə qəbulla bağlı imtahan keçiriləcək


Xarici işlər naziri Ceyhun Bayramov, Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun duayeni Nasser Abdul Kareem çıxış ediblər.

Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışları, yerli və xarici mediaya müsahibələri və iştirak etdiyi regional və beynəlxalq tədbirlər əsasında hazırlanmış video nümayiş etdirilib.

Daha sonra qəbul konsert proqramı ilə davam edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin