Brüssel görüşündən sonra Ermənistanda revanşistlər niyə sükutu pozmadılar?
“İrəvandakı radikal müxalifətin canlanması, fəallaşması yalnız bir halda olur-Moskvadan əmr gələndə” sözləri ilə cavabına başlayan Zərdüşt Əlizadə bildirib ki, Brüssellə bağlı Kremldən belə bir əmr gəlməyib.
Bizim.Media-ya özəl açıqlamasında politoloq əlavə edib ki, Moskvadan əmr gəlsəydi, qalxacaqdılar:
MÖVZU İLƏ BAĞLI:
Minsk qrupunun vasitəçiliyinə ehtiyac yarana bilər? – Millət vəkili Sahib Alıyevdən TƏKLİF
“Vətən getdi”, “Qarabağı itirdik”, “Həyəcan”, “Xəyanət”, “İstefa” şüarları yalnız Moskvanın əmri ilə olur. Anlayın, həm Robert, həm Serjik özləri heç kəsdilər, heç nədilər. Onlar Moskvanın ssenarisi ilə hərəkət edirlər.
Rusiya isə təhlil edib gördü ki, Brüsseldə Moskvanın nəticələrindən kənara çıxan heç nə baş verməyib.
Ona görə də soyuqqanlı şəkildə radikal erməni müxalifətinə fəallaşmaq barədə göstəriş vermədilər. Yəni, Moskva Brüssel görüşündən narazı qalsaydı, İrəvan partlayardı. Vəssalam, mən belə anlayıram. Çünki bütün bu həngamənin mexanizmini kökündən tanıyıram, bilirəm”.
Bizim.Media