Türkiyə və İran arasında yaşanan anlaşılmazlıq aradan qaldırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə İranın Türkiyədəki səfirliyi məlumat yayıb.
"Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında baş tutan telefon danışığı zamanı iki ölkə arasında baş verən anlaşmazlıq aradan qaldırılıb.
Tərəflər iki ölkə arasında münasibətlərin gücləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb”,- məlumatda bildirilir.
Qeyd edək ki, Türkiyə lideri Ərdoğanın Bakıda keçirilən Zəfər paradında Araz çayı ilə bağlı bayatını səsləndirməsi İranın təəccüblü və qeyri-adekvat reaksiyasına səbəb olub.
Bəzi ekspertlər İran rəsmilərinin bu bayatını bəhanə edərək, əslində, Qarabağla bağlı nizamlama prosesindəki təşəbbüslərinin rədd edilməsindən narazılıqlarını bu cür ifadə etdiyini bildirirlər.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:31 / 13.12.2020
İran səfirliyi: Türkiyə və İran arasında yaşanan anlaşılmazlıq aradan qaldırılıb
Hazırda oxunan: İran səfirliyi: Türkiyə və İran arasında yaşanan anlaşılmazlıq aradan qaldırılıb
Hazırda oxunan: İran səfirliyi: Türkiyə və İran arasında yaşanan anlaşılmazlıq aradan qaldırılıb
5111
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.